. Love.az

Transqressiya - Wikipedia - Love.az

Ana Səhifə - Transqressiya

Transqressiya — yer qabığının materik hissəsinin çökməsi, qismən okean səviyyəsinin qalxması ilə dənizin quruya irəliləməsi.[1]

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Ümumi məlumat

redaktə

Dəniz transqressiyası – dəniz səviyyəsinin qalxaraq suyun qurunu basması və sahil xətlərinin daha hündür yerlərə doğru irəliləməsi ilə nəticələnən geoloji hadisədir. Transqressiya qurunun enməsi, okean dibinin qalxması və ya okean hövzəsində suyun həcminin artması nəticəsində baş verə bilər.

Transqressiya (eləcə də reqressiya) orogenez (dağəmələgəlmə) kimi tektonik hərəkətlər, ciddi iqlim dəyişmələri (buzlaşma dövrü) və ya buzlaqlar əridikdən sonra izostatik hərəkətlərdən yarana bilər.

Xəzər dənizinin Dördüncü dövrdə ən böyük və ən sürəkli transqressiyası Erkən Pleystosendə (Bakı əsrində) 730–460 min il əvvəl baş vermişdir. Sonrakı transqressiyalar əvvəlkilərdən öz gücünə və sürəkliliyinə görə zəif olmuşdur. 

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. ↑ Monroe, James S., and Reed Wicander. The Changing Earth: Exploring Geology and Evolution, 2nd ed. Belmont: West Publishing Company, 1997, pp. 112–113 ISBN 0-314-09577-2
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Transqressiya&oldid=7911948"
LOVE.AZ