. Love.az

Tridactyloidea - Wikipedia - Love.az

Ana Səhifə - Tridactyloidea

Üçbarmaqlılar (lat. Tridactyloidea) Qısabığcıqlı düzqanadlılar (lat. Caelifera) yarımdəstəsinə aid fəsiləüstü.

Üçbarmaqlılar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Təsnifatı
  • 3 İstinad
  • 4 Mənbə

Ümumi məlumat

redaktə

Bu fəsiləüstünə uzunluğu 4–9 mm-dən artıq olmayan və kiçik danadişiləri xatırladan xırda düzqanadlılar aiddir. Bu oxşarlıq bədənin eynitipli konfiqurasiyası və qazma üçün uyğunlaşmış ön ayaqların quruluşu ilə ifadə olunmuşdur. Bığcıqlar qısa olub cəmi 10 buğumdan ibarətdir. Bədəni bir qədər yastılanmışdır. Qanadüstüləri qısa, buynuz maddədən qismən atrofiya olunmuş damarlıdır. Qanadlar qanadüstündən uzun və ya qısa olur. Ayaqları qısa, ancaq tullanandır. Yırtıcı həyat tərzi keçirərək xırda cücülər və yağış qurdları ilə qidalanırlar[1].

Təsnifatı

redaktə
  • Cylindrachetidae
  • Ripipterygidae
  • Tridactylidae

İstinad

redaktə
  1. ↑ Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 118

Mənbə

redaktə
  • BioLip
  • Avropa faunası Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üçbarmaqlılar&oldid=5711245"
LOVE.AZ