Tarixdə bir çox şəxs defekasiya və sidik ifrazı prosesi zamanı tualetdə ölmüşdür. Tualetdə ölən şəxslərin siyahısına Dəmirböyürlü Edmund kimi tarixi şəxslər, eləcə də, Cudi Qarlend və Elvis Presli kimi tanınmış simalar daxildir.
Tarix | Yer | Ad | Yaş | Təsvir | Mənbə |
---|---|---|---|---|---|
təq. e.ə. XII əsr | Moav | Moav kralı Eqlon | bilinmir | Tualetdən istifadə edərkən hakim Aod tərəfindən sui-qəsdə uğrayıb. | [1] |
E.ə. 581 (yay) | Tsin, Çin | Tsin hakimi Tszin | bilinmir | Tualet çuxuruna düşərək ölüb. | [2] |
336 | Konstantinopol, Şərqi Roma imperiyası | Ariy | 80 | İctimai tualetdən istifadə edərkən qastroenteroloji problemlərə görə ölüb. | [3] |
30 noyabr 1016 | Oksford və ya London, İngiltərə | İngiltərə kralı Dəmirböyürlü Edmund | 26 | Tualetdə defekasiya zamanı bıçaqlanıb. | [4] |
4 noyabr 1035 | Lisa-nad-Labem, Bohemiya | Bohemiya knyazı Yaromir | bilinmir | Defekasiya zamanı tualetin altında atılmış nizə ilə öldürülüb. | [5] |
26 və ya 27 fevral 1076 | Vlardinqen, Aşağı Lotaringiya | Aşağı Lotaringiya hersoqu IV Qotfrid | bilinmir | Tualetdə ikən sui-qəsdə uğrayıb. | [6] |
4 avqust 1306 | Olomouts, Bohemiya | Bohemiya kralı III Vatslav | 16 | Tualetdə oturarkən nizə ilə öldürülüb. | [7] |
19 aprel 1578 | Eçiqo əyaləti, Yaponiya | Uesuqi Kenşin | 48 | Tualetdən istifadə edərkən sui-qəsdə uğrayıb. | [8] |
25 oktyabr 1760 | Kensinqton sarayı, London, İngiltərə, Böyük Britaniya | Britaniya kralı II Georq | 76 | Tualet-kresloda əyləşdikdən qısa müddətdən sonra aortanın anevrizması nəticəsində ölüb. | [9] |
Tarix | Yer | Ad | Yaş | Təsvir | Mənbə |
---|---|---|---|---|---|
22 iyun 1969 | Çelsi, London, İngiltərə | Cudi Qarlend | 47 | Tualetdən istifadə edərkən yüksək dozada barbituratdan keçinib. | [10] |
24 oktyabr 1971 | Paris, Fransa | Corc Dayer | 38 | Tualetdən istifadə edərkən yüksək dozada alkoqol və amfetamindən keçinib. "Qara triptixlər"də təsvir olunub. | [11] |
16 avqust 1977 | Memfis, Tennessi, ABŞ | Elvis Presli | 42 | Tualetdən istifadə edərkən yüksək dozada narkotik maddə qəbulu səbəbilə ürək dayanmasından ölüb. | [12] |
8 mart 1989 | Kolumbiya, Cənubi Karolina, ABŞ | Maykl Qodvin | 28 | Əvvəlcə elektrik stulu ilə edama məhkum edilsə də, bu cəza ömürlük həbslə əvəz olunmuşdur. Metal tualetdə əyləşərkən səhvən qulaqcıq teli dişlədiyi üçün onu cərəyan vurmuş və ölmüşdür. | [13] |
Tarix | Yer | Ad | Yaş | Təsvir | Mənbə |
---|---|---|---|---|---|
8 mart 2004 | Hollivud Hills, Kaliforniya, ABŞ | Robert Pastorelli | 49 | Tualetdən istifadə edərkən yüksək dozada morfinə görə keçinib. | [14] |
25 iyun 2011 | Pilton, Somerset, Birləşmiş Krallıq | Kristofer Şeyl | 56 | Qlastonberi festivalında iştirak edərkən tualet kabinində ürək tutmasından ölüb. | [15] |
17 may 2013 | Markos-Pas, Buenos-Ayres, Argentina | Xorxe Rafael Videla | 87 | Duş qəbul edərkən ayağının sürüşməsi nəticəsində həbsxana tualetində ürək tutmasından ölüb. | [16] |