. Love.az

Tupolev Tu 22m - Wikipedia - Love.az

Ana Səhifə - Tupolev Tu 22m

Tu-22M (Ty-22M) və ya NATO kod adı ilə Backfire – dəyişkən qanad quruluşu olan uzun mənzilli supersonik adi bir bombardmançı. Ən böyük istifadəçisi Rusiyadır. Onlardan biri Osetiya müharibəsi zamanı vurulub.

Tupolev Tu-22M
Hazırlayan Tupolev
İstehsalçı Tupolev
İlk uçuş 30 avqust 1969
İstismara verilmə tarixi 1972
İstismarçılar
  • Sovet Hərbi Hava Qüvvələri,
  • Rusiya Hərbi Hava Qüvvələri,
  • Ukrayna Hərbi Hava Qüvvələri,
  • Rusiya Aerokosmik Qüvvələri
Buraxılış sayı 497
Baza modeli Tupolev Tu-22
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Dizaynı
  • 2 Digər istifadəçiləri
  • 3 Tekniki xüsusiyyətləri
  • 4 Silahlar
  • 5 İstifadəçilər
    • 5.1 Müasir istifadəçilər
    • 5.2 Keçmiş istifadəçilər
  • 6 Əlaqədar inkişaf modelləri
  • 7 Müqayisə edilə biləcək təyyarələr
  • 8 Mənbə
  • 9 Xarici keçidlər

Dizaynı

redaktə
 
Tu-22M modelinin qırıq xətlərlə şəkili

TU-22 modelinin əlamətdar bir müvəffəqiyyəti olmasa da, əvvəlki model TU-16-dan daha üstün bir təyyarədir. Onun əməliyyat diapazonu və uçuş performansı təyyarənin zəif nöqtələridir. TU-22 modelinin istehsalı ilə, bu təyyarəni əvəz edəcək növbəti nəslin inkişafına başlanılmışdır.

Mig-23 və Su-17 dizaynları ilə dəyişkən həndəsi qanad texnologiyası tərəfindən təklif olunan qısa uçuş zolağından qalxma, yüksək kreyser sürəti, aşağı hündürlükdə uçan zaman mövcud uçuş rahatlığı, səmərəli naviqasiya kimi xüsusiyyətləri nəzərə alaınraq yeni bir təyyarə layihəsi yaradılmışdır. Layihənin nəticəsi yeni dəyişkən həndəsəli Samolyot 145 (Ru. Aeroplane 145) modelidir. Tu-22M, Tu-22 əsaslı silah sistemlərindən istifadə edir və eyni Kh-22 döyüş raketindən istifadə edir.

Digər istifadəçiləri

redaktə

Sovet İttifaqı TU-22M modelini ixrac etməmişdir, lakin SSRİ-nin dağılması ilə Belarusiyanın istifadəsində 52 təyyarə qalmışdır. Ukraynaya məxsus 29 təyyarə isə nüvə silahının yenidən qurulması ilə əlaqədar olaraq məhv edilmişdir.

Tupolev şirkəti, İran, Hindistan və Çin Xalq Respublikası daxil olmaqla potensial alıcılarla 1992-ci ildən görüşlər həyata keçirdir, lakin 2012-ci ilin dekabr ayına kimi hər hansı bir satış həyata keçirilməmişdir. 2004-cü ildən bəri, dörd dənəsi sahil təhlükəsizliyi və mümkün əməliyyatlar üçün Hindistana icarəyə verilmişdir.

2012-ci ilin dekabr ayında Çin xəbər saytlarında yayımlanan bəzi xəbərlərə görə, Çin Xalq Respublikası Rusiya Federasiyası ilə 1.5 milyard ABŞ dolları dəyərində 36 təyyarə və mühərriklərini əhatə edən müqavilə ilə TU-22M3 istehsal xəttinin satın alındığını və təyyarənin Çin versiyasının adının "H-10" olacağı iddia edilmişdir.

 
Tupolev Tu-22M3

Tekniki xüsusiyyətləri

redaktə
  • Ekipajı:4
  • Uzunluq: 41.46 mm
  • Hündürlük:11.05 mm
  • Qanad uzunluğu: 34.28 mm
  • Çəki: 112,000 kq
  • Xidmət tavanı: 14.700 metr
  • Sürət: 2.05 mach
  • Motor 2× Klimov NK-25 turbofan
  • Motorun impuls qüvvəsi: 245 kN
  • Mənzil:13,300 km

Silahlar

redaktə
  • 1× AM-23 23 mm quyruq taretində top
  • 24.000 kq bomba yükü (250 kq-9000 kq)
  • 3× Kh-22 (AS-4 "Kitchen")
  • 8x Raduga Kh-15 (AS-16 "Kickback")
  • 8x Kh-27 (AS-7 "Kerry")
  • Kh-28 (AS-9 "Kyle")

İstifadəçilər

redaktə

Müasir istifadəçilər

redaktə
  •   Rusiya

Keçmiş istifadəçilər

redaktə
  •   Hindistan 4 ədəd icarəyə götürülüb
  •   SSRİ varislərinə təhvil verilib
  •   Ukrayna istifadədən çıxardılıb

Əlaqədar inkişaf modelləri

redaktə
  • Tu-22 Blinder
  • Tu-98 Backfin
  • Tu-160 Blackjack

Müqayisə edilə biləcək təyyarələr

redaktə
  • Rockwell B-1 Lancer

Mənbə

redaktə
  • 1. Wirtz, James (2004). Balance of Power. Stanford: Stanford University Press. p. 332. ISBN 978-0-8047-5017-2.
  • 2. https://web.archive.org/web/20130104104919/http://junshi.daqi.com/article/2988415.html

Xarici keçidlər

redaktə
  • http://airwar.ru/enc/bomber/tu22m3.html
  • Globalsecurity.org entry for the Tu-22M
  • Tu-22* at aviation.ru
  • FAS.org entry for Tu-22M
  • Tu-22M at Airliners.net
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tupolev_Tu-22M&oldid=6585504"
LOVE.AZ