Tutiya — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[1]
Kənd | |
Tutiya | |
---|---|
40°12′46″ şm. e. 44°47′06″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Qırxbulaq mahalı |
Rayon | Ellər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dətəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim, bizcə, oğuzların üç-ox qolunun başında duran Dad bəy adlı İshaq oğlu Tuti (Dudu) şəxs adına[4] iyyə şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 21. VI. 1948-ci il fərmanı ilə adı dəyişdirilib Saranist qoyulmuşdur.
Kənddə 1831-ci ildə 36 nəfər, 1873 - cü ildə 280 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 568 nəfər, 1904 - cü ildə 493 nəfər, 1914 - cü ildə 554 nəfər, 1916-cı ildə 424 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1923-1925-cı illərdə burada xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
İndi ermənilər yaşayır.