UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.[1] Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. 2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi.
Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla, iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.[2] UEFA Superkubokunu qazanmış ilk məşqçi 1972-ci ildə Amsterdamın "Ayaks" komandasına qələbə qazandırmış rumıniyalı Ştefan Kovaç olmuşdur. Ancaq bu görüş UEFA tərəfindən rəsmən tanınmayıb.[3] Superkubokda ən uğurlu məşqçilər italyanlardır, onlar ümumilikdə on iki bu turnirdə qalib olublar.
İki baş məşqçi UEFA Superkubokunu iki dəfə qazanıb. İlk ikiqat qalib — 1976 və 1978-ci illərdə "Anderlext"ə qələbə qazandırmış Raymon Qutalsdır. Eyni nəticəni Aleks Ferqyuson 1983 və 1991-ci illərdə müvafiq olaraq "Mançester Yunayted" və "Aberdin"lə, Luis van Qaal 1995 və 1997-ci illərdə müvafiq olaraq, "Ayaks" və "Barselona" ilə, Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan"la, Zinəddin Zidan 2016 və 2017-ci illərdə "Real Madrid"lə və Dieqo Simeone 2012 və 2018-ci illərdə "Atletiko Madrid"lə təkrarlayıb. Sakki və Zidan eyni zamanda, Superkuboku ardıcıl iki dəfə qazanan yeganə baş məşqçilərdir.
UEFA Superkubokunu ən çox qazanan baş məşqçi italiyalı Karlo Ançelottidir — 5 dəfə.
Sıra | Vətəndaşlıq | Məşqçi | Qalib | Finalçı | Qalib olduğu il(lər) | Finalçı olduğu il(lər) | Qalib olduğu klub(lar) |
---|---|---|---|---|---|---|---|
1 | İtaliya | Karlo Ançelotti | 5 | 0 | 2003, 2007, 2014, 2022, 2024 | Milan (2), Real Madrid (3) | |
2 | İspaniya | Xosep Qvardiola | 4 | 0 | 2009, 2011, 2013, 2023 | Barselona (2), Bayern Münhen, Mançester Siti | |
3 | Şotlandiya | Aleks Ferqyuson | 2 | 2 | 1983, 1991 | 1999, 2008 | Aberdin, Mançester Yunayted |
Belçika | Raymon Qutals | 2 | 0 | 1976, 1978 | Anderlext | ||
İtaliya | Arriqo Sakki | 2 | 0 | 1989, 1990 | Milan | ||
Niderland | Luis van Qaal | 2 | 0 | 1995, 1997 | Ayaks, Barselona | ||
Fransa | Zinəddin Zidan | 2 | 0 | 2016, 2017 | Real Madrid | ||
Argentina | Dieqo Simeone | 2 | 0 | 2012, 2018 | Atletiko Madrid |
Qalın şrift = Hələ də məşqçi kimi fəaliyyətini davam etdirir.
Bu cədvəldə məşqçilərin vətəndaşlıqlarına görə qələbə sayının statistikası göstərilmişdir.
Vətəndaşlıq | Qələbələrin sayı |
---|---|
İtaliya | 13 |
İspaniya | 10 |
Niderland | 6 |
İngiltərə | 3 |
Rumıniya | 3 |
Fransa | 3 |
Almaniya | 3 |
Belçika | 2 |
Şotlandiya | 2 |
Argentina | 2 |
Xorvatiya | 1 |
SSRİ | 1 |
İsveç | 1 |