Uillis Yucin Lemb (12 iyul 1913[2][3][…], Los-Anceles, Kaliforniya[4] – 15 may 2008[2][3][…], Tuson, Arizona) — 1955-ci ildə "hidrogen spektrinin incə quruluşu ilə bağlı kəşflərinə görə" fizika üzrə Nobel mükafatını qazanan amerikalı fizik.
Uillis Yucin Lemb | |
---|---|
ing. Willis Eugene Lamb | |
![]() Lemb 1955-ci ildə | |
Doğum tarixi | 12 iyul 1913(1913-07-12)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 2008(2008-05-15)[2][3][…] (94 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | amerikalı |
Elm sahələri | fizika, lazer[1], optika[1], hidrogen[1] |
İş yerləri | |
Alma-mater | Berkli Kaliforniya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Robert Oppenheymer |
Tanınmış yetirməsi | Teodor Mayman |
Tanınır |
Lemb sürüşməsi Lazer Kvant optikası |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
Həmin il Nobel Komitəsinin təqdim etdiyi mükafatı Lemb, "elektronun maqnit momentini dəqiq təyin etdiyinə görə" Polikarp Kuşla bölüşür. Lemb bir hidrogen atomunda elektron enerjilərində təəccüblü bir yerdəyişməni dəqiq müəyyən edə bilmişdi (bax Lemb sürüşməsi). Lemb Arizona Universitetinin Optik Elmlər Kollecinin professoru idi.
Lemb ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində anadan olub və Los Anceles Liseyində təhsil alıb. 1934-cü ildə Berkli Kaliforniya Universitetində kimya üzrə bakalavr dərəcəsini tamamlayır. C. Robert Oppenheymerin rəhbərliyi altında neytronların kristal tərəfindən səpilməsinə dair nəzəri işə görə o,1938-ci ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini qazanır.[7] O, nüvə nəzəriyyəsi, lazer fizikası və kvant mexanikasının yoxlanılması üzərində işləmişdir.[8]
Lemb 1951-1956-cı illərdə Stenford Universitetində fizika professoru olaraq çalışıb.[9] Lemb 1956-1962-ci illərdə Oksford Universitetində fizika üzrə professor olub, həmçinin Yel, Kolumbiya və Arizona Universitetlərində dərs deyib. 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir.[10]
D.Kayzer Lembi "nadir nəzəriyyəçiyə çevrilmiş eksperimentalist" kimi vurğulayıb.[11]
Lemb sürüşməsi vasitəsilə kvant elektrodinamikasına mühüm və məşhur töhfəsinə əlavə olaraq, karyerasının son illərində o, kvant ölçmələri sahəsinə olan diqqətini daha da artırdı.[12][13][14] Lemb yazılarının birində "Kvant mexanikasından istifadə edən insanların çoxunun mövzunun təfsiri haqqında çox şey bilməyə ehtiyacı yoxdur." deyə qeyd edirdi.[14] Lemb həmçinin kvant mexanikasına dair bir çox təfsir tendensiyalarını açıq şəkildə tənqid edirdi.[15]
1939-cu ildə Lemb Latın Amerikasının tanınmış tarixçisi olan (və onun soyadını daşıyan) ilk həyat yoldaşı, alman tələbəsi Ursula Şeferlə evlənir.[16][17] 1996-cı ildə Ursulanın vəfatından sonra o, fizik Bruria Kaufman ilə evlənsə də, sonradan onlar ayrılırlar. 2008-ci ildə o, Elsi Vattsonla evlənir.
Lemb 2008-ci il mayın 15-də 94 yaşında öd daşı xəstəliyinin ağırlaşması səbəbi ilə vəfat edir.