. Love.az

Uilyam Baumol - Wikipedia - Love.az

Ana Səhifə - Uilyam Baumol

Uilyam Cek Baumol (ing. William Jack Baumol; 26 fevral 1922[2][3][…], Nyu-York, Nyu-York ştatı[5] – 4 may 2017[2][4], Nyu-York, Nyu-York ştatı) – Amerikan iqtisadçı, fəlsəfə doktoru (1949), Prinston Universiteti və Nyu-York Universitetinin iqtisadi elmlər üzrə professoru.

Uilyam Baumol
ing. William Jack Baumol
Doğum tarixi 26 fevral 1922(1922-02-26)[2][3][…]
Doğum yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ[5]
Vəfat tarixi 4 may 2017(2017-05-04)[2][4] (95 yaşında)
Vəfat yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
Elm sahələri iqtisadiyyat, əmək bazarı[1]
İş yeri
  • Nyu-York Universiteti
Təhsili
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi
Üzvlüyü
  • Dei Linçei Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d],
  • Ekonometrik Cəmiyyət (1953–)[6]
İmza

Mündəricat

  • 1 Haqqında
  • 2 Əsərləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Uilyam Cek Baumol 26 fevral 1922-ci ildə Cənubi Bronksda anadan olmuşdur. Onun valideynlərinin hər ikisi — Solomon və Lillian Şərqi Avropa immiqrantları idi.

Baumol Nyu-Yorkda Siti Kollecdə təhsil almışdır və 1942-ci ildə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra o II Dünya Müharibəsində ABŞ ordusunda xidmət etmişdir və daha sonra iqtisadçı kimi Kənd Təsərrüfatı Departamentində işləməyə başlamışdır.

O, Amerika İqtisadi Assosiasiyasının prezidenti (1981), Nyu-York Universiteti nəzdində C. V. Starr Tətbiqi İqtisadiyyat Mərkəzinin direktoru (1983–2000) olmuşdur. Hazırda Berkli Sahibkarlıq və İnnovasiya Mərkəzinin akademik-direktorudur. Mikro və Makroiqtisadi proseslərin riyazi modernləşdirilməsi, rifahın iqtisadiyyatı və s. sahələrdə əsləri var. 1952-ci ildə, sonradan (1956) C. Tobin tərəfindən inkişaf etdirilmiş pula tələb modelini təklif etmişdir. Baumol-Tobin modeli adlanan bu modelə əsasən, əmanətçilər onlara lazım olan nağd pulun məbləğini bu məbləğə görə alınmayan bank faizi şəklində itkilərin və banklara az-az müraciət etmələr müqabilində vaxt qənaətinin dəyərinin optimal nisbətinə görə müəyyən edirlər. Baumol 1967-ci ildə Baumol effektini irəli sürmüşdür.[7]

Əsərləri

redaktə
  • Экономическая теория и исследование операций. М., 1965
  • Selected Economic Writ tings of William J. Baumol, ed. E. E. Bailey, New-York University Press, 1976.

Həmçinin bax

redaktə
  • Baumol effekti
  • Alternativ investisiya

İstinadlar

redaktə
  1. ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 3 4 William J. Baumol // Solomon Quqqenhaym muzeyi. 1937.
  3. ↑ 1 2 William Jack Baumol // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. ↑ 1 2 Brozović D., Ladan T. William Jack Baumol // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  5. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119076209 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. ↑ https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
  7. ↑ "BAUMOL Uilyam Cek — Azərbaycan Milli Ensiklopediyası". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.

Xarici keçidlər

redaktə
  Vikisitatda Uilyam Baumol ilə əlaqədar sitatlar var.
  • Baumol home page
  • Entrepreneurship: Productive, Unproductive, and Destructive
  • The discrimination of blacks has increased the number of jazz composers – An interview with Baumol published in the Czech weekly Respekt and daily Blisty in 2003
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Uilyam_Baumol&oldid=7988422"
LOVE.AZ