"United24" (ukr. Єдині24, Yedıni24) — Rusiya–Ukrayna müharibəsində Ukraynaya dəstək üçün vəsait toplamaq məqsədilə[1] 5 may 2022-ci ildə fəaliyyətə başlayan[2] və Ukrayna hökuməti tərəfindən idarə olunan platforma.[3]
United24 | |
---|---|
![]() | |
Yaranma tarixi | 5 may 2022 |
u24.gov.ua |
3 may 2022-ci ildə Ukrayna Baş naziri Denis Şmıqal Ukraynaya dəstək üçün vəsait toplama platformasının tezliklə işə salınacağını elan etmişdir:[4]
Dünyanın hər yerindən insanlar ianə edərək Ukraynanın azadlığımız uğrunda mübarizəsinə kömək edə bilər. Biz dünyanı dövlətimizə dəstək ətrafında birləşdirmək istəyirik. Adi insanlar, xeyriyyə fondları, beynəlxalq şirkətlər, dünya üzrə fikir liderləri. Platformanın yaradılması toplanan vəsaitlərin istifadəsində maksimum şəffaflıq və açıqlığı nümayiş etdirmək üçün də lazımdır: bu vəsaitlər hara və kimin üçün yönəldilir. — Denis Şmıqal, Ukrayna Baş naziri[5] |
5 may 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski "United24" təşəbbüsünün işə salındığını elan etmişdir. Təşəbbüsün ilk komponenti dövlətə dəstək üçün vəsait toplamaq üçün onlayn platformadır. Beynəlxalq donorlardan gələn vəsaitlər "United24" tərəfindən qəbul edilir. Toplanan vəsaitlər üç istiqamətdə bölüşdürülür: müdafiə və minalardan təmizləmə, humanitar və tibbi yardım, Ukraynanın yenidən qurulması.[6]
Vəsaitlər Ukrayna Milli Bankının hesablarına köçürülür və müvafiq nazirliklərə — Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və İnfrastruktur Nazirliyinə yönəldilir. Platformadakı hesabatlar hər gün yenilənir.[6]
ABŞ-də ianələrin vergi tutulmasından azad olması ilə bağlı suala cavab olaraq belə deyilir: "UNITED24 qeyri-hökumət təşkilatı deyil, lakin beynəlxalq QHT-lərlə əməkdaşlıq edə bilər. ABŞ-dəkı rəsmi tərəfdaşı 501(c)3 qeydiyyatlı qeyri-kommersiya təşkilatı olan "Ukraine House DC Foundation"dur (EIN 872080907). Tibbi Yardım və Ukraynanın Yenidən Qurulması üçün ianələr IRS qaydalarına uyğun olaraq tamamilə vergi tutulmasından azaddır".[7]
"Şaxtyor" Futbol Klubu 2022-ci ilin avqustunda "Ukraynaya dəstək" təşəbbüsü çərçivəsində "United24" ilə tərəfdaşlıq etmişdir.[8] Prezident Zelenski avqustda layihə səfirləri ilə görüşərək "United24" üçün yeni gənclər proqramının yaradılmasını müzakirə etmişdir.[9]
2022-ci ilin iyulunda "United24" təşəbbüsün yaradılmasından bəri 166 milyon ABŞ dolları ianə topladığını elan etmişdir.[10] 2023-cü ilin mayına qədər platforma 325 milyon ABŞ dollarından çox vəsait toplamışdı.[11] 2023-cü ilin noyabrında "United24" ianələri yarım milyard ABŞ dollarına çatmışdır.[12] 2024-cü ilin mayında ianələr 110 ölkədən 650 milyon dollara yüksəlmişdir.[13] 2024-cü ilin dekabrında "United24" fəaliyyətə başladığından bəri ən yüksək aylıq ianə məbləğini — 160 milyon dollardan çox vəsait toplamışdır ki, bu da platformaya il ərzində edilən ianələrin yarısını təşkil etmişdir.[14] 2025-ci ilin fevralında ianələr 1 milyard ABŞ dollarını keçmişdir.[15][16]
Adı | Ölkə | Rolu | Tarixdən | İstinad |
---|---|---|---|---|
Andrey Şevçenko | Ukrayna | Birinci səfir | 000000002022-05-18-000018 may 2022 | [17][18] |
Elina Svitolina | Ukrayna | İkinci səfir | 000000002022-06-07-00007 iyun 2022 | [19] |
Imagine Dragons | ABŞ | Səfirlər | 000000002022-07-25-000025 iyul 2022 | [20] |
Lev Şrayber | ABŞ | Səfir | 000000002022-07-01-0000iyul 2022 | [21] |
Demna Qvasaliya | Gürcüstan | Səfir | 000000002022-07-01-0000iyul 2022 | [21] |
Barbra Streyzand | ABŞ | Səfir | 000000002022-09-22-000022 sentyabr 2022 | [22] |
Mark Hemill | ABŞ | Səfir | 000000002022-09-29-000029 sentyabr 2022 | [23] |
Aleksandr Usık | Ukrayna | Səfir | oktyabr 2022 | |
Skott Kelli | ABŞ | Səfir | 000000002022-10-27-000027 oktyabr 2022 | [24] |
Timoti Snayder | ABŞ | Səfir | 000000002022-11-02-00002 noyabr 2022 | [25][26] |
NAVI | Ukrayna | Partnyorluq | 000000002022-11-18-000018 noyabr 2022 | [27] |
Bred Peyzli | ABŞ | Səfir | 24 yanvar 2023 | [28] |
Mişel Hazanaviçus | Fransa | Səfir | 2 fevral 2023 | [29][30] |
Ketrin Vinnik | Kanada | Səfir | 1 mart 2023 | [31] |
Bear Grylls | Böyük Britaniya | Səfir | 29 mart 2023 | [32][33] |
Edvard Mozer | Norveç | Səfir | 29 mart 2023 | [34] |
Mey-Britt Mozer | Norveç | Səfir | 29 nart 2023 | [34] |
Riçard Brenson | Böyük Britaniya | Səfir | 10 aprel 2023 | [35][36] |
Pol Ners | Böyük Britaniya | Səfir | 5 may 2023 | [37] |
İvanna Saxno | Ukrayna | Səfir | 5 may 2023 | [38] |
Aleksandr Zinçenko | Ukrayna | Səfir | 30 may 2023 | [39][40] |
Mişa Kollins | ABŞ | Səfir | 31 may 2023 | [41] |
Xose Andres | ABŞ | Səfir | 17 sentyabr 2023 | [42][43] |
Mark Stronq | Böyük Britaniya | Səfir | 27 sentyabr 2023 | [44] |
Alissa Milano | ABŞ | Səfir | 28 may 2024 | [45] |
Hilari Svenk | ABŞ | Səfir | 28 may 2024 | [46] |
2023-cü ilin oktyabrında "United24" Nikolayev vilayətində İnqults çayı üzərindəki on doqquzuncu körpünün yenidən qurulmasını tamamlamışdır. Bu körpü "AWT Bavaria" donorunun dəstəyi və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbçilərinin iştirakı ilə inşa edilmişdir.[47]
"United24" tibbi ləvazimatların alınmasını maliyyələşdirilmiş, o cümlədən 13 ədəd "Qurkha" zirehli təcili yardım maşını sifariş etmişdir.[48]
Bundan başqa, 2023-cü ilin oktyabrında "United24" Kiyevdə 18 yaşayış binasının yenidən qurulması işlərini həyata keçirirdi və donorlara yenidənqurma işləri haqqında məlumat vermək üçün 3D modelləşdirmə sistemindən istifadə edirdi.[49]
Vəsaitlər həmçinin, Kiyev vilayətində yerləşən Marianovkada da daxil olmaqla bir çox yerdə məktəblərin yenidən qurulması üçün istifadə olunur.[50]