. Love.az

Unus - Wikipedia - Love.az

Ana Səhifə - Unus

Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Unus
39°00′47″ şm. e. 45°58′58″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.611 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Unus xəritədə
Unus
Unus

Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır.[3]

Mündəricat

  • 1 Toponomikası
  • 2 Əhalisi
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Toponomikası

redaktə

Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi kürd dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir.

Əhalisi

redaktə

Əhalisi 786 nəfərdir.[4] Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.

Həmçinin bax

redaktə
  • Ordubad rayonu
  • Vənənd
  • Dırnıs
  • Gənzə

İstinadlar

redaktə
  1. ↑  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ↑ "Unus kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
  4. ↑  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Unus&oldid=8143463"
LOVE.AZ