. Love.az

Urud Abideler Kompleksi - Wikipedia - Love.az

Ana Səhifə - Urud Abideler Kompleksi

Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940-cı ildən Sisian) rayonunun Urud (03.07.1968-ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan — türk tarixi — memarlıq abidələri kompleksi.[1][2] Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir.[3][4]

Urud abidələr kompleksi
Որոտանաբերդ
Xəritə
39°29′44″ şm. e. 46°07′19″ ş. u.HGYO
Ölkə  Ermənistan
Yerləşir Sünik mərzi, Urud kəndi
Tikilmə tarixi VII-XVI əsrlər
Vəziyyəti məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının və monastırın xarabalıqları qalır.
Urud abidələr kompleksi (Ermənistan)
Nöqtə
Urud abidələr kompleksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Həmçinin bax
  • 3 Mənbə
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Ümumi məlumat

redaktə

Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır.[5] Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.[6]

Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.[7]

03. 07. 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Bununla belə Urud kəndində 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşlər.[8][9]

Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur.[10] Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı.[11]

1961-ci ildə Urud kəndində elmi ezmiyyətdə olan AMEA — nın müxbir üzvü, t.e.d., prof. M. Nemətova XV – XVII əsrlərə aid yüzə qədər belə abidəni tədqiq etmişdir. Həmin abidələrin hər birinin üstündə ərəb dilində mərhumun kimliyi, ölüm tarixi, bəzi hallarda isə hətta ölüm səbəbi də qeyd olunmuşdur.[12][13]

Urud qəbirüstü abidələri — Qarakilisə rayonunun Urud kəndində orta əsrlərə (XIV-XVI əsrlər) məxsus qəbiristandakı sənduqə, at və qoç heykəlli daş abidələr. Urud qəbiristanlığı Urud kəndinin qənşərində, Urud qalasının qarşısında, Bədir qayasının yanında, Bazarçayın sol sahilində yerləşir.Urud qəbiristanlığı tarixi-etnoqrafik əhəmiyyəti baxımından təkcə bir kəndin deyil, bütöv mahalın keçmişi haqqında ən geniş məlumatı və tutarlı dəlilləri qoruyub- saxlamış bir məbədgah idi. Urud qəbiristanlıǧındakı orta əsr və orta əsrə qədərki qəbir daşlarının tədqiqatı hələ bu əsrin iyirminci illərində Azərbaycan alimlarinin diqqətini cəlb etmişdi.1926-cı ildə Urud kəndində olmuş etnoqraf alim Ə. Ələkbərov Urud qəbiristanlığı haqqında ilk elmi məlumat dərc etdirmişdir. 1959-cu ildə Urudda olan akademik Ziya Bünyadov Urud qəbiristanlıǧındakı qəbir daşlarının dini-milli mənsubiyyəti və tarixi əhəmiyyəti barədə dəyərli fikir söyləmişdir. Urud abidələrinə sözün əsl mənasında ikinci həyat verən,onları dünya epiqrafiya elminin dəyərli nümunələri səviyyəsində səciyyələndirən tarixçi — epiqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məşədixanım Nemətova olmuşdur. M.Nemətova 1961-ci ildə Urud kəndində uzun müddətli ezamiyyətdə olmuş, XV-XVII əsrə məxsus 100-əqədər qəbir daşının üzərində kitab tədqiq etmişdir. M.Nemətovaya görə, Urud qəbiristanlığında olan qəbirdaşlarındakı kalloqrafik oymalarda ərəb qrafikasının kufi, nəsx,süls, nəstəliq şriftləri işlənmişdir. Urud abidələri yazı və bədii işləmələrin üslubuna görə orta əsr Azərbaycan daş üzərində oyma sənətinin Təbriz və Naxçıvan məktəbinin nümunələri sayılır. Urud abidələrindəki sənduqələr, qoç və at fiqurları, fiqurlarüzərindəki şəkillər, yazılar türk xalqlarının islamaqədərki mədəniyyətini, məişətini, adət-ənənələrini, ov, məclis, toy-yas mərasimlərini və s. səhnələri, onqonlar və şamanizm kultuna pərəstişi əks etdirən oymalar bu ərazinin köklü sakinlərinin məişətihaqqında əvəzsiz tarixi məlumat daşıyıcılarıdır Urud qəbiristanlıǧındakı bir sıra qəbir daşlarında onqonlarla bağlı epiqrafika, əsasən, maralın, öküzün, yaxud qoçun üzərinə qonmuş qanadları geniş açılmış qartal rəmzlərindən ibarətdir. Bu cür onqonlar türk xalqlarının islamdan əvvəlki dövrüüçün əsas sitayiş yerləri idi.Başqa qrup qəbir daşlarında qarşı-qarşıya (baş-başa) dayanmış tibet öküzləri (yaklar), öküzlərin sağ tərəfində bir əlindəbalta, bir əlində xəncər tutmuş kişi olan səhnə təsvir olunur.Məlum olduğu kimi, tibet öküzü bütün türk xalqlarının ümumi onqonu-sitayiş heyvanı sayılmışdır.Qədim türklərin inamına görə ildə bir dəfə bu heyvanı qurban kəsməklə, tayfa gələcək qada-baladan hifz olunardı. Hər evə bu qurbandan müəyyən qədər pay verilərdi ki, qədim inama görə bu pay o evə il boyu ruzi gətirəcəkdi. Urud qəbiristanlıǧındakı bazi qəbir daşlarında əllərini göyə qaldırmış adam dua edən şaman təsvirinin həkk olunması, yazı olmasaydı belə, bu daşların yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir. Qəbir daşlarında dəfn olunmuş şəxsin sənətini əks etdirənmaraqlı işləmələrdə vardır. Bir qəbir daşında mərhumun (Xan Məhəmməd 983-cü il)zərgər olduğuna işara edən üzük, boyunbağı, sırğa, bilərzik şəkilləri həkk olunmuşdur. Başqa bir qəbir daşında isə (Aysoltan 992-ci il) hana, həvə,bıçaq, əlində kirgit tutmuş qadın təsviri mərhumənin xalçaçı olduğunu göstərir. Urud qəbiristanlıǧındakı qəbir daşlarında mərhumunməişətini, həyat fəaliyyətini əks etdirən zəngin ov səhnələrinin, ov heyvanlarının (maral, ceyran, dağ keçisi, cüyür), ov ləvazimatının (silah, nizə, balta, ox-kaman) təsviri o dövrdə Urudda yaşayan babalarımızın həyat tərzi, məişəti haqqında dəyərli məlumat verir. Qəbir daşlarında həkk olunmuş şeir parçaları, dualar, islam dini hədislərindən və «Qurani-Kərim»dən sitatlar, bu ərazilərdə yaşayanların mənəvi mədəniyyəti haqqında kifayət qədər ətraflı məlumat verir. Xarakterik haldır ki, bütün qəbir daşlarında mərhumun yalnız ölüm tarixi qeyd olunub. 1970-ci illərdən başlayaraq ermənilər Urud qəbiristanlıǧındakı qəbirüstü abidələri muzey və parklara qoymaq adı ilə daşıyıb tərg etdilər. Urud qəbiristanlığında olan qoç heykəlli abidələrdən 4 ədədi vaxtilə Naxçıvan MSSR-in Mədəniyyət naziri işləmiş Fəttah Heydərov və Kirovabad (Gəncə) şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Həsən Həsənov tərəfindən Azərbaycana gətirilmişdir və hazırda Naxçıvan Dram Teatrının qarşısında və Gəncədə Nizami Muzeyinin qarşısında qoyulmuşdur.
  • Urud qəbirsanlığında bədii tərtibatlı məzar daşları
  •  
    Urud məzarlığında Qafqaz Albaniyası dövrünə aid bədii təsvirli məzar daşı
  •  
    Urud məzarlığında Qaraqoyunlular dövrünə aid qoç formalı məzar daşı
  •  
    Urud daş sənduqələr

Həmçinin bax

redaktə
  • Qərbi Azərbaycan
  • Qafqaz Albaniyası tarixində erməni saxtakarlığı

Mənbə

redaktə
  • Сисиан (справочник-путеводитель), Ереван, 1987, стр.115–116;
  • Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.77–82; M. Urud. Urud, В., 2002, səh.27.

İstinadlar

redaktə
  1. ↑ "Zəngəzurda məhv edilmiş tarixi abidələrimiz". aqreqator.az. İstifadə tarixi: 19 sentyabr 2023.
  2. ↑ İbrahim Bayramov. "Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti". Bakı, "Şərq-Qərb", 2012. səh.277
  3. ↑ Сисиан (справочник – путеводителъ), Ереван, 1987, ст. 115–116
  4. ↑ "Urud abidələr kompleksi". haqqinda.az. İstifadə tarixi: 19 sentyabr 2023.
  5. ↑ "UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya davam edir". azertag.az. İstifadə tarixi: 19 sentyabr 2023.
  6. ↑ "Erməni vandalizminə uğrayan Urud abidələr kompleksi". www.azadliq.info. İstifadə tarixi: 19 sentyabr 2023.
  7. ↑ Ə. Ələkbərli – Qərbi Azərbaycan abidələri, Bakı, Nurlan, 2007, səh 44–45
  8. ↑ Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 77 – 82
  9. ↑ "Tarixi Urud abidələrinin bir hissəsi məhv edilib, digərləri erməniləşdirilib... Mədəniyyət9 Fev. 16:26". www.baki-xeber.com. İstifadə tarixi: 19 sentyabr 2023.[ölü keçid]
  10. ↑ Ə. Ələkbərli – Qədim türk-oğuz yurdu – "Ermənistan", Bakı, 1994, səh 202 – 205
  11. ↑ "Ermənistanda Azərbaycan mədəni irsinə qarşi vandalism". 2011-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-19.
  12. ↑ М. Неймат – Корпус эпиграфических памятников Азербайджана, т 3, Баку, 2001, ст. 71 – 73, 184 – 190
  13. ↑ "Tarixi-memarlıq abidələri" (PDF). files.preslib.az. 2023-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 sentyabr 2023.

Xarici keçidlər

redaktə
  • Erməni vandalizminə uğrayan Urud abidələr kompleksi Arxivləşdirilib 2015-01-25 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Urud_abidələr_kompleksi&oldid=8147042"
LOVE.AZ