. Love.az

Uve Ulsson - Wikipedia - Love.az

Ana Səhifə - Uve Ulsson

Sven Uve Ulsson (isv. Sven Owe Ohlsson; 19 avqust 1938[1]) — İsveç futbolçusu və məşqçisi, hücumçu. İsveç millisi ilə 1958-ci ildə dünya çempionatının gümüş mükafatçısı.

Uve Ulsson
Ümumi məlumatlar
Doğum tarixi 19 avqust 1938(1938-08-19)[1] (86 yaş)
Vətəndaşlığı
  •  İsveç
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
1948–1954 Helsö
Klub karyerası[* 1]
1954–1964 Göteborq 165 (101)
1965–1971 AİK 154 (23)
1972–1974 Stokholm 0 (0)
Milli yığma[* 2]
1958–1959 İsveç U-21 9 (9)
1958–1965 İsveç B 5 (8)
1958–1964 İsveç 15 (6)
Məşqçisi olduğu klublar
1972–1974 Stokholm
1975–1976 AİK (gənclər komandaları)
Təltif və medalları
Dünya Kuboku
Gümüş 1958 İsveç

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
  • 2 Milli komanda karyerası
  • 3 Nailiyyətləri
    • 3.1 Klub səviyyəsində
    • 3.2 Milli komanda səviyyəsində
  • 4 İstinadlar

Klub karyerası

redaktə

Uve Ulsson 19 avqust 1938-ci ildə Helsöda anadan olub və 1948-ci ildə yerli eyniadlı klubda futbol oynamağa başlayıb. 1954-cü ildə o, "Göteborq" klubuna keçid etdi və 1956-cı ildə İsveç çempionatında debüt oyununa çıxdı. 1957/1958 mövsümündə Ulsson İsveç çempionluğuna nail oldu və çempionatın ikinci ən yaxşı bombardiri oldu. 1959/1960 mövsümündə "Linfild"lə matçda 5 qol vuran Uve avrokubok matçında belə nailiyyət əldə edən ilk oyunçu oldu.[2] Ulsson “Göteborq”da doqquz il keçirdi, 165 liqa oyuna 101 qol vuraraq klub tarixində ən yaxşı bombardirlərdən biri oldu.

1964-cü ilin payızında Ulsson "AİK"-ə transfer oldu. 1965-1971-ci illərdə bu klubun tərkibində İsveç çempionatında 154 oyun keçirərək 23 qol vurdu. 1967-ci ildə o, müdafiəçi mövqeyində oynamağa başladı, buna səbəb yoldaşlıq görüşündə bu mövqedə zədəli oyunçunu əvəz etməli idi. Həmin il mayın 10-da “Hammarbü” ilə matçın 23-cü dəqiqəsində zədəli qapıçı Leif Hültun əvəzinə qapıda duraraq qapısını toxunulmaz saxladı və görüş komandasının 2:0 hesablı qələbəsi ilə başa çatdı. 1969-cu ildə "AİK" İsveç Kubokunun finalına çıxsa da, burada "Norrçöpinq"ə 1:0 hesabı ilə uduzdu. 1972-ci ildə baş məşqçi ilə fikir ayrılığına görə klubdan ayrılmış və "Stokholm"a keçid edərək futbolçu-məşqçi kimi fəaliyyətə başlayır. 1974-cü ildə isə futbolçu karyerasını orada bitirir.

Milli komanda karyerası

redaktə

Ulsson İsveç millisində debütünü 1958-ci il mayın 7-də İsveçrə ilə yoldaşlıq oyununda (3:2) etdi. Elə həmin il o, milli komandanın baş məşqçisi Corc Reynor tərəfindən İsveçdə keçirilən Dünya Kubokunda oynamaq üçün milli komandadan dəvət aldı. İsveç finalda Braziliyaya 5:2 hesabı ilə uduzdu, Ulsson isə turnirdə bir dəqiqə belə meydanda oynamadı. Ulsson milli komandadakı son oyunu 2 avqust 1964-cü ildə Şimali Avropa çempionatı çərçivəsində keçirilən və 1:0 məğlubiyyət hesabı ilə bitən Finlandiya ilə oyuna təsadüf etdi. Ümumilikdə, 1958-1964-cü illərdə İsveç millisinin tərkibində 15 oyun keçirərək 6 qol vura bilmişdir.[3]

Nailiyyətləri

redaktə

Klub səviyyəsində

redaktə

Göteborq

  • İsveç çempionatı: 1957–58[4]

Milli komanda səviyyəsində

redaktə
  • FİFA Dünya Kuboku finalçısı: 1958[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Owe Ohlsson // Transfermarkt (çd.). 2000.
  2. ↑ "Champions' Cup 1959-60". RSSSF (ingilis). 2012-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  3. ↑ "Owe Ohlsson". EU-Football.info (ingilis). 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  4. ↑ 1 2 http://www.aik.se/fotboll/aikindex.html?/fotboll/historik/500aikare/oweohlss.html Arxiv surəti 7 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Uve_Ulsson&oldid=7790173"
LOVE.AZ