Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 9 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Vüqar Əsgərov (13 aprel 1974, Qovuşuq, Yeğeqnadzor rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Vüqar Əsgərov | |
---|---|
Vüqar İsa oğlu Əsgərov | |
![]() | |
Doğum tarixi | 13 aprel 1974(1974-04-13) (51 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Üzvlüyü |
Vüqar Əsgərov 13 aprel 1974-cü ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Yeğeqnadzor rayonunun Qovuşuq kəndində doğulmuşdur.
1981-ci ildə Qovuşuq kənd orta məktəbinə getmiş, 7-ci sinfə qədər doğma kənddə təhsil almışdır.
1988-ci ildə ermənilərin təzyiqi nəticəsində ailəsi ilə birlikdə Naxçıvan MR-nin Şahbuz rayonuna köçmüşdür.
1991-ci ildə orta təhsilini Bakı şəhər 280 saylı orta məktəbdə bitirmişdir.
1992-ci ildə Vətənin çağırışına səs verərək Milli Ordu sıralarına daxil olmuşdur. Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş, ağır döyüşlərin iştirakçısı olmuşdur.
Vüqar Əsgərov Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin menecmentlik fakültəsini əla qiymətlərlə bitirmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı redaksiyasında böyük redaktor vəzifəsində çalışır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Yerli mətbuatda yüzlərlə publisistik məqaləsi çap olunan Vüqar Əsgərovun onlarla məqaləsi dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap olunmuşdur.
2005-ci ildə "Azərbaycanın Milli Qəhrəmanları" kitabını ilk dəfə toplum halında nəşr etdirib.
2010-cu ildə isə "Azərbaycanın Milli Qəhrəmanları" kitabını yenidən işlənmiş variantda nəşr etdirib.
2012-ci ildə isə "Bir Ovuc Torpaqdır Yarama Məlhəm" kitabı çap olunub.
2014-cü ildə isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunmuş Bilal Əhliman oğlu Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş "Sinəmdə Yurd Dağı Var" adlı kitabı nəşr edilib.
2015-ci ildə isə "Savaş Üçün Doğulanlar" kitabı çapdan çıxıb. Kitab, Azərbaycanın İlk Milli Qəhrəmanı Maşallah Abdullayevə həsr edilmiş, onun keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edir. Kitabın redaktoru Ötərxan Eltac, məsləhətçiləri isə tarix institunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.
O, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin " Yaddaş" film studiyası tərəfindən istehsal olun Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş bir sıra sənədli filmlərin ssenari müəllifidir.