Vüsal İslam oğlu Vəliyev (15 iyul 1988, Dizə, İliç rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Həmlə taborunun komandiri, İkinci Qarabağ müharibəsi şəhidi.
Vüsal Vəliyev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1988(1988-07-15) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020(2020-11-09) (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Dəfn tarixi | 14 dekabr 2020 |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2009–2020 |
Rütbəsi |
![]() Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Şuşanın azad edilməsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndində anadan olub.[1] 1994–2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002–2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005–2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.[2] 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr təlimini uğurla başa vurub.
Nişanlı idi.[3]
22 iyun 2009-cu ildə ona leytenant rütbəsi verilib[4] və 2009-cu ildən leytenant hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. O, tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl–Murovdağda xidmət edib.[2] Vüsal Vəliyevə 26 iyun 2012-ci ildə baş leytenant, 26 iyun 2016-cı ildə kapitan, 20 avqust 2020-ci ildə isə mayor rütbəsi verilmişdir.[4] Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928–2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı,[5] "10 il Qüsursuz xidmətlərə görə" 3-cü dərəcəli medalı və Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş xüsusi medalla təltif olunub.[2]
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılmış İkinci Qarabağ müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindəki döyüşlərdə və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, həmlə taborunun komandiri olub. Vüsal Vəliyev noyabrın 9-də Şuşanın azad edilməsi zamanı şəhid olub və 14 dekabr 2020-ci ildə Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Vətən uğrunda" medalı[7] və 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.[8] O həmçinin, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə "İgidliyə görə" medalı[9], o cümlədən prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[10]
3 dekabr 2024-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında Vüsal Vəliyevin xatirəsinə Adilə Nəzərin "Axirətdən gələn səs" qəhrəmanlıq dramı əsasında İftixar Piriyevin rejissorluğu ilə "Səs" adlı tamaşa təqdim edilib.[11] Onun haqqında "Qisas 44"[2][12] və "Vüsalın dastanı" adlı iki kitab çap olunub. "Qisas 44" kitabında Vüsal Vəliyevə həsr olunmuş məqalələr, şeirlər, poemalar, xatirələr, şəkillər yer alıb.[2]
Doğulduğu Dizə kəndində xatirəsinə "Şəhid Vüsal bulağı" adlı abidə–bulaq kompleksi inşa edilmiş,[13] ata evində xatirəsinə həsr olunmuş ev muzeyi yaradılmışdır. Mayor Vüsal Vəliyev haqqında onlarla televiziyada süjet hazırlanıb, yüzlərlə məqalə, şeir və mahnılar yazılıb, ölkənin müxtəlif məktəblərində otuzdan artıq sinif otağına onun adı verilib. N saylı hərbi hissədəki bir posta Vüsal Vəliyevin adı verilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhid Vüsal Vəliyevə aid şəxsi əşyalar (kitel, şalvar, iki ədəd fotoşəkil, Vüsal Vəliyev haqqında “525-ci qəzet” , “Hərbi and” qəzetlərində dərc olunan məqalələr və Sabrina Gültəkinin “Şəhid Vüsalın dastanı” adlı kitabı) mühafizə edilir [14].