. Love.az

Vahab Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Vahab Abdullayev

Vahab Abdullayev — xanəndə.

Vahab Abdullayev
Doğum tarixi 1875
Doğum yeri Ağdaş rayonu
Vəfat tarixi 1931

Haqqında

redaktə

Vahab Abdullayev 1875-ci ildə Ağdaş rayonunda dünyaya gəlmişdir. O, rayonun Nehrəxəlil kəndində yaşamışdır. V. Abdullayev dövrünün məşhur xanəndələrindən biri olmuşdur. O, Şirvan zonasının seçkin xanəndəsi kim ad qazanmış, toy mərasimlərini, el şənliklərini məlahətli səsi ilə urvata mindirmişdir. V. Abdullayevin iştirak etdiyi məclislər olduqca yığnaqlı keçir, onun səsini dinləmək üçün Bakıdan, digər şəhər və rayonlardan çoxlu sayda insanlar həmin məclislərdə iştirak edərdilər. Vahab Abdullayev 1931-ci ildə vəfat etmişdir.[1]

Həmçinin bax

redaktə
  • Xanəndə

İstinadlar

redaktə
  1. ↑ Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.249
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vahab_Abdullayev&oldid=6713105"
LOVE.AZ