Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü[1]
Vahid Aslan | |
---|---|
Vahid Aslan oğlu Əsgərov | |
Təxəllüsü | Vahid Aslan |
Doğum tarixi | 29 sentyabr 1972(1972-09-29) (52 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Aslan Əsgərov |
Təhsili | Gəncə Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | jurnalist, müəllim, publisist |
Fəaliyyət illəri | 1993-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | şeir, nəsr |
Mükafatları |
Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.
Ailəlidir. İki qızı, bir oğlu var.
1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib.
Fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Dərc olunan kitablarına və yaradıcı uğurlu fəaliyyətinə görə 2012-ci ilin may ayında Prezident təqaüdünə layiq görülmüşdür. "Qızıl qələm", "Vətən", "Araz" və s. ali-ədəbi mükafatlarına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə azərbaycan ədəbiyyatını uğurla təmsil etmişdir. 9 kitab, 2 metodik vəsait, 3 monoqrafiya və 350-dən çox məqalə müəllifidir. Rus dilindən bir sıra maraqlı ədəbi tərcümələr etmişdir. Onun ssenarisi əsasında Azərbaycan Dövlət Radiosunda Qarabağın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş şəhid şairlər haqqında silsilə verilişlər efirə getmişdir. Xüsusilə onun şəhid şair Nizami Aydına ithaf etdiyi "Nizami Aydın" poeması oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanmışdır. "Riyaziyyat və poeziya" adlı kitabı isə orta məktəblərdə riyaziyyat fənni üzrə tədbirlərin keçirilməsində metodik vəsait kimi isifadə olunur.
Dağların könlünü oxşaya bilsən, Vahid Aslan
|