. Love.az

Vahid Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Vahid Quliyev
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı[1], Birinci Qarabağ müharibəsi iştirakçısı.

Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1955(1955-09-20) (69 yaş)
Doğum yeri
  • Qumlaq, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Həyatı

redaktə

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır[2]. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur[3].

Polkovnik–leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

Döyüşlərdə iştirakı

redaktə

O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V. Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi[4].

Ailəsi

redaktə

Ailəlidir. İki övlad atasıdır.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir[5].

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 174–175.

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "Quliyev Vahid Həbibulla oğlu". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
  2. ↑ Milli Qəhrəmanlar Arif Qubadov və Vahid Quliyev [ölü keçid]
  3. ↑ "Rey Kərimoğlu, "14 erməni tankını məhv etmiş qəhrəman: "…neyləmişəm ki?"- "Barıt qoxusu""". 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
  4. ↑ "QULİYEV VAHİD HƏBİBULLA oğlu". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-21.
  5. ↑ Quliyev Vahid Həbibulla oğlu [ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vahid_Quliyev&oldid=7907400"
LOVE.AZ