Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. (iyul 2024) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Valeh Şamilov (tam adı: Valeh Məmməd oğlu Şamilov) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi; texnika elmləri doktoru; dosent.
Valeh Şamilov | |
---|---|
Valeh Məmməd oğlu Şamilov | |
Doğum tarixi | (66 yaş) |
Doğum yeri | Qərbi Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | nanotexnologiyalar |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(SOCAR) |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Mükafatları |
![]() ![]() |
Valeh Şamilov 1 yanvar 1959-cu il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1977-ci ildə orta məktəbi bitirərək o zamankı M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olmuş, 1982-ci ildə neftçi-mühəndis-texnoloq ixtisasına yiyələnmişdir.
Evlidir, 2 övladı var.
Təhsilini bitirdikdən sonra təyinatla Sibirə, Xantı-Mansi vilayətinin Nyaqan şəhərində yenicə yaradılmış "Krasnoleninsknefteqaz" Neftqazçıxarma İdarəsinə göndərilmiş, neft-qaz operatoru kimi əmək fəaliyyətinə başlamışmədəndə usta, növbə rəisi işləmişdir. İşlədiyi müddətdə V. Şamilov istehsalatla yanaşı elmi işlər, neft-qaz sənayesində texnika-texnologiyanın elmi əsasları, mövcud olan problemlərin aradan qaldırılması, innovativ texnika və texnologiyaların işlənib hazırlanması kimi məsələlərlə daim maraqlanmış, elə bu səbəbdən istehsalatdan ayrılmadan təhsil aldığı Neft və Kimya İnstitutunun aspiranturasına qəbul olunmuş və "Quyudibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda elmi işə başlamışdır.
Elmi fəaliyyətini daha yaxından və yerində davam etdirmək üçün 1993-cü ildə Vətənə qayıdaraq 2006-cı ilə qədər əmək fəaliyyətini "Azneft" İB-nin "Bulla-dəniz" NQÇİ-də texniki-istehsalat şöbəsinin rəisi kimi davam etdirmiş və bu müddətdə — 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi adını almışdır. Daha sonra 2006–2011-ci illərdə əmək fəaliyyətini "Azneft" İB-nin H. Z. Tağıyev ad. NQÇİ-də istehsalat işləri üzrə rəis müavini, "Azneft" İB-yi aparatında Texniki şöbənin mühəndisi və rəisi kimi davam etdirmişdir. 2011-ci ildə V. Şamilov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilmiş, sonradan Baş ofisin "Nanotexnologiyalar" Departamentinin rəis müavini və 2014-cü ildən rəisi kimi fəaliyyət göstərmiş, neft-qaz hasilatı, yeni texnika və texnologiyaların, neft sənayesinin inkişafında qabaqcıl və innovativ üsulların tətbiqində xüsusi rol oynamaqda davam etmişdir. V. M. Şamilov Azərbaycan neft sənayesində nanotexnologiyanın işlənməsinin və tətbiqinin başlanğıcında duran alimlərdən biridir. Onun rəhbərliyi altında neftçıxarmada neft hasilatının artırılmasında əmələ gələn problemlərə qarşı müxtəlif tərkibli nanosistemlər işlənmiş və tətbiqinə nail olunmuşdur. Quyudibi zonada qum tıxacının əmələ gəlməsinə qarşı, lift borularında duz çökmələrinə qarşı, kənar suların izolyasiyasında yeni nəsil nanosistemlərin işlənib hazırlanması və tətbiqi, quyuların istismar kəmərinin bərkidilməsində, nanositemlərlə sementləmə işləri çox geniş praktik nəticələr vermişdir. İlk dəfə olaraq V. Şamilovun rəhbərliyi altında Azərbaycanda metal nanohissəciklərin və modifikasiya olunmuş çox divarlı carbon nanoboruların alınması texnologiyası işlənmiş və istehsalı təşkil olunmuşdur. Böyuk ugur sayılan nanomaterialların (ştuserlər) alınması, korroziyaya qarşı nanosistemlərin işlənməsi və tətbiqi, elm sahəsində prioretet istiqamətlərdəndir və V. Şamilovun birbaşa elmi fəaliyyəti ilə bağlıdır. Nanotexnologiyaların elmi-tədqiqat və tətbiqinə dair nəticələr bir çox elmi jurnallarda dərc edilmiş və müxtəlif beynəlxalq konfranslarda təqdim olunmuşdur.
Valeh Şamilov 11 yanvar 1997-ci tarixində "Quyu dibi zonanın fiziki-kimyəvi üsullarla işlənməsi" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2018-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun müəllimi kimi təhsil-tədris sahəsində də çalışır.
2023-cü ildə V.Şamilov "Neftvermə əmsalının artırılması üçün yeni üsulların işlənməsinin elmi və təcrübi əsasları" adlı doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
V. M. Şamilovun 79 elmi əsərin, o cümlədən 12 Azərbaycan patenti, 1 müəlliflik şəhadətnaməsi, 48 məqalə (bunlardan 28-si xarici, 20-i yerli nəşrlərdə) və 16 tezis müəllifidir.