Müslümov Valeh Əlizaid oğlu (2 sentyabr 1968, Lerik rayonu – 10 aprel 1992, Şıxarx, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Valeh Müslümov | |
---|---|
Müslümov Valeh Əlizaid oğlu | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 1992(1992-04-10) (23 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Əlizaid |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Qoşun növü | Xüsusi Təyinatlı Polis Dəstəsi |
Xidmət illəri | 1991–1992 |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() |
Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda, Lerik rayonunda doğulmuşdur. 1983-cü ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.
Subay idi.
1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da[2] Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.[1]
Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb[3].