. Love.az

Valeri Astaxov - Wikipedia - Love.az

Ana Səhifə - Valeri Astaxov

Valeri Anatolyeviç Astaxov (ukr. Валерій Анатолійович Астахов; d. 6 avqust 1964, Slavuta, Xmelnitski vilayəti, Ukrayna SSR) — ukraynalı aktyor və teleaparıcı. Ukraynanın əməkdar artisti (1998).[1]

Valeri Astaxov
Валерій Анатолійович Астахов
Doğum tarixi 6 avqust 1964 (60 yaş)
Doğum yeri Slavuta, Xmelnitski vilayəti, Ukrayna SSR, SSRİ
Milliyyəti ukraynalı
Vətəndaşlığı SSRİ SSRİ→
Ukrayna Ukrayna
Fəaliyyəti aktyor, teleaparıcı, quruluşçu rejissor, konfransye
Fəaliyyət illəri 1987-h.h.
Təhsili
  • Kiyev Milli Teatr, Film və Televiziya Universiteti[d]
Mükafatları Ukraynanın əməkdar artisti
IMDb ID7120970

Mündəricat

  • 1 Həyatı
  • 2 Seçilmiş filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Valeri Astaxov Xmelnitski vilayətinin Slavuta şəhərində anadan olmuşdur. Karpenko-Karıy adına Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1987-ci ildən Yeni Alkasar teatrının aktyorudur. 1988-ci ildən etibarən şouların, konsert proqramlarının müəllifi, quruluşçu rejissoru, aparıcısı kimi çıxış edir. 1991-ci ildən Ukrayna Dövlət Estrada-Simfonik Orkestrinin konfransyesidir.

1997–1998-ci illərdə müğənni Pavel Zibrovun estrada konsertlərinin aparıcısı olmuşdur. "Hop-lya", "Qutu oyunu", "Ağ qarğa", "Qızıl qaz" kimi yumoristik televiziya layihələrində iştirak etmişdir. Muxtarın qayıdışı teleserialında sahə polisi Dyatlo obrazı ilə məşhurluq qazanmışdır.

2018-ci ildən etibarən YouTube platformasında aktyor Vladimir Yamnenko ilə birlikdə "A-dan Z-yə lətifələr" adlı layihənin həmmüəllifidir.

Seçilmiş filmoqrafiya

redaktə
  • Burjuyun ad günü (film, 1999)
  • Burjuyun ad günü 2 (film, 2001)
  • Muxtarın qayıdışı (teleserial, 2003) — Viktor Petroviç Dyatlo
  • Yeni il qatili (film, 2005)
  • Fart (film, 2005)

İstinadlar

redaktə
  1. ↑ "Нагороджений Указом Президента України від 23 липня 1998 року № 814". zakon.rada.gov.ua (ukrayna).

Xarici keçidlər

redaktə
  • Valeri Astaxov — IMDb səhifəsi
  • Valeri Anatolyeviç Astaxov — Kinoteatr.ru
  • Valeri Astaxov — Kinopoisk
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valeri_Astaxov&oldid=5851384"
LOVE.AZ