. Love.az

Valeri Belenki - Wikipedia - Love.az

Ana Səhifə - Valeri Belenki

Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969[1], Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına,[2] 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib.[3]

Valeri Belenki
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1969(1969-09-05)[1] (55 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Boyu 1.63 sm
Gimnastika karyerası
Təmsil etdiyi ölkə
  •  SSRİ
  •  Azərbaycan
  •  Almaniya Federativ Respublikası
Gimnastika növü İdman gimnastikası
Klublar Silahlı qüvvələr (Bakı)
WKTV (Ştutqart)
Medallar
Olimpiya Oyunları
Qızıl 1992 Barselona komanda
Bürünc 1992 Barselona çoxnövçülük
Dünya çempionatı
Qızıl 1989 Ştutqart komanda
Qızıl 1991 İndianapolis komanda
Qızıl 1991 İndianapolis at üzərində
Bürünc 1992 Paris qollarda
Bürünc 1993 Birminhem qollarda
Bürünc 1994 Brisben halqalarda
Qızıl 1997 Lozanna at üzərində
Avropa çempionatı
Gümüş 1998 Sankt-Peterburq at üzərində
Bürünc 1998 Sankt-Peterburq komanda
Fəxri idman adları
SSRİ əməkdar idman ustası — 1991

Mündəricat

  • 1 İdmançı karyerası
  • 2 Məşqçi karyerası
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

İdmançı karyerası

redaktə

Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub.[4] Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub.[3]

14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib.[5] 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb.[6] Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb.[5] 1991-ci il dünya çempionatında SSRİ yığmasının tərkibində komanda hesabında və at üzərində hərəkətlərdə qızıl medal qazanıb.[7][8] 1992-ci ildə İspaniyanın Barselona şəhərində baş tutmuş XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın tərkibində komanda hesabında qızıl, çoxnövçülük üzrə hərəkətlərdə isə bürünc medal qazanıb.[9]

Belenki o dövrlərdə Azərbaycanda Gimnastika Federasiyası olmadığından, 1994-cü ildə Almaniyanın Ştutqart şəhərinə köçmüş və bu ölkəni təmsil etməyə başlamışdır.[4] 1996-cı ildə ABŞ-nin Atlanta şəhərində keçirilmiş XXVI Yay Olimpiya Oyunlarında komanda birinciliyində və çoxnövçülük üzrə hərəkətlərdə mübarizə aparsa da, medal qazana bilməyib.[4] Bir il sonra İsveçrənin Lozanna şəhərində baş tutmuş dünya çempionatında at üzərində hərəkətlərdə qızıl medala sahib çıxıb.[10]

Məşqçi karyerası

redaktə

Belenki idmançı karyerasını bitirdikdən sonra Almaniyada qalıb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. Onun yetirmələrindən olan gimnast Marsel Nquen, 2012 London Yay Olimpiya Oyunlarınında paralel qollarda və çoxnövçülük üzrə hərəkətlərdə gümüş medal qazanıb.[3]

2020-ci ildə Almaniya millisinin baş məşqçisi olub.[11]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Olympedia (ing.). 2006.
  2. ↑ "Elected members". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.
  3. ↑ 1 2 3 "Valery Belenky - Azerbaijan // İghof.com//". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
  4. ↑ 1 2 3 "Olimpiya çempionumuz canlı yayımda kövrəldi. // Oxu.az". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  5. ↑ 1 2 "Энциклопедия / Баку. История и жизнь: Спорт // Baku.ru". 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
  6. ↑ "1989 World Championships - Men's Team Results, by Gymnast URS/GDR/CHN/JPN // Gymn-forum.net". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
  7. ↑ "1991 World Championships - Men's Team Results, by Gymnast URS/CHN/GER/JPN // Gymn-forum.net". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
  8. ↑ "1991 World Championships - Men's EF // Gymn-forum.net". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
  9. ↑ "Valeri Belenki // Mys.gov.az/". 2022-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
  10. ↑ "1997 World Championships - Men's EF // Gymn-forum.net". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  11. ↑ "Valeri Belenki // Olympedia.org///". 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-13.

Xarici keçidlər

redaktə
  • Valeri Belenki Jewishsports.net saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valeri_Belenki&oldid=7264206"
LOVE.AZ