. Love.az

Valeriya Qudim - Wikipedia - Love.az

Ana Səhifə - Valeriya Qudim

Valeriya Qudim (1 mart 1995, Kiyev) — Ukraynanı təmsil edən bədii gimnast. Valeriya Qudim 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qudim həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb.

Valeriya Qudim
ukr. Валерія Василівна Гудим
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Ukrayna
Doğum tarixi 1 mart 1995(1995-03-01) (30 yaş)
Doğum yeri
  • Kiyev, Ukrayna
Boyu 168 sm
Çəkisi 50 kq
İdman növü bədii gimnastika
Medallar
Dünya Çempionatı
Bürünc 2013 Kiyev 10 gürz
Avropa Oyunları
Gümüş 2015 Bakı 5 lent
Bürünc 2015 Bakı 6 gürz/2 həlqə
Dövlət təltifləri

"Knyaqina Olqa" ordeni

19 oktyabr 2016 tarixində yenilənib.

Karyerası

redaktə

Valeriya Qudim birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu.

Valeriya Qudim 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Yevgeniya Qomon, Oleksandra Qridasova və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

redaktə
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Valeriya_Qudim&oldid=7314271"
LOVE.AZ