Valqa (est. Valga, alm. Walk, 1920-ci ilə qədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya qədər 144 km, Tallinə qədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.[2]
Valqa | |
---|---|
![]() | |
57°46′37″ şm. e. 26°01′52″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1286 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi | 12.539 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +372 8-10-372-76 |
Poçt indeksi | 68230 |
![]() |
Şəhərin əsası 1286-cı ildə Valk adı ilə qoyulub. Rusiya imperiyası dövründə şəhər Liflyandiya quberniyasının tərkibinə daxil edilmişdi. 1950—1991-ci illərdə Valqa Valqa rayonunun mərkəzi idi.
Valqa əhəmiyyətli sənaye mərkəzidir. Sənaye istehsalında 10 şirkət çalışır və bu onlara 2010-cu ildə 700 milyon avro gəlir gətirib. Həmçinin burada geyim və ayaqqabı sənayesi, metal emalı və mebel sənayesi də inkişaf etmişdir.
Valqa sürətlə inkişaf edir. 1996-cı ildən, əhalinin həyat keyfiyyəti, mərkəzi kitabxana, Valga stadionunun, muzey, Valga Xəstəxanası və mədəniyyət və hobbi mərkəzləri, o cümlədən bir neçə bina təmiri ilə xeyli yaxşılaşmışdır. Addım-addım məktəblər və uşaq bağçaları da təkmilləşdirilərək təmir olunur. 2003-cü ildən şəhərin su keyfiyyətinin yaxşılaşdırılması üçün yeni su təmizləyici stansiya istismara verilmişdir.
Valqa'nın iqlim dəniz xüsusiyyətləri ilə mülayim kontinentaldır. Valqa adətən mülayim qışı və davamlı, lakin qısa yay iqlimi ilə xüsusiyyətlənir. Şablon:YMin iqlimi
|
|
|
Əhali | 1970[3] | 1979[4] | 1989[5] | 2000[6] | 2011[7] | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
il | % | il | % | il | % | il | % | |||
Ümumi | 16795 | 100 | 18474 | 100 | 17722 | 100 | 14323 | 100 | 12261 | 100 |
estonlar | 9635 | 57,37 | 10052 | 54,41 | 9383 | 52,95 | 8970 | 62,63 | 7886 | 64,32 |
ruslar | 5241 | 31,21 | 6164 | 33,37 | 6140 | 34,65 | 3913 | 27,32 | 3224 | 26,29 |
ukraynalılar | 554 | 3,30 | 766 | 4,15 | 720 | 4,06 | 421 | 2,94 | 386 | 3,15 |
beloruslar | 170 | 1,01 | 322 | 1,74 | 307 | 1,73 | 211 | 1,47 | 156 | 1,27 |
latışlar | 382 | 2,27 | 448 | 2,43 | 456 | 2,57 | 334 | 1,88 | 262 | 2,14 |
finlər | 121 | 0,72 | 136 | 0,74 | 126 | 0,71 | 99 | 0,69 | 55 | 0,45 |
başqaları | 692 | 4,12 | 586 | 3,17 | 590 | 3,33 | 375 | 2,62 | 292 | 2,38 |
Şəhərdə (həftədə üç dəfə) "Valgamaalane" (estonca) və "Валкъ" (rusca) adlı qəzetlər nəşr olunur.
Valqa sərhəd şəhəridir, onun tarixi ərzində hər bir dövlət öz təsirini qoymuşlar. Baxımlı abidələri:
Valqa şəhərində ilk təhsil mərkəzləri (əsasən orta məktəblər), 1788-ci ildən mövcuddur. XIX əsrdə şəhərdə artıq inkişaf etmiş təhsil ocaqları yaranmışdır. Şəhər əhalisinin müxtəlifliyi, Valqada eston, latış, rus, alman dillərində məktəblərin yaranmasına səbəb oldu.
Avtomobildə: Şəhəri Yıhvi - Narva, Uulu ( Pyarnu ), Vıru və Riqanı birləşdirən şose keçir. Valqanın Tartuya şose ilə 89, Pyarnuya 144, Tallinə 245, Riqaya 175, Pskova 170 km məsafəsi var.
Valqa aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhərdir :[8]
|
|
|
Vikianbarda Valqa ilə əlaqəli mediafayllar var. |