Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Vaqif Kərim (Vaqif Həsən oğlu Kərimov; Azərbaycanlı şair-publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Vaqif Kərim | |
---|---|
Doğum tarixi | 10 mart 1966(1966-03-10) (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, hüquqşünas |
Fəaliyyət illəri | 1994-cü ildən |
Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. "525-ci qəzet" də xüsusi müxbir, Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq Universitetində və Qərbi Kaspi Universitetində saat hesabı dərs deyərək, müəllim kimi çalışmışdır. Sosial sahə üzrə 30-dan çox Azərbaycan Respublikası Qanunlarının işlənib hazırlanmasında bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarını Azərbaycan dilinə tərcümə etmişdir. Hazırda özəl sektorda fəaliyyətini davam etdirir.
Müxtəlif janrlarda yazdığı əsərləri mövzu müxtəlifliyi ilə fərqlənir. Vətən və millət sevgisi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslər, ümumbəşəri dəyərlər şeirlərinin əsas mövzusunu təşkil edir. Bir neçə irihəcmli poemanın və bir avtobioqrafik romanın, eləcə də Qafqazda erməni siyasətinə və Azərbaycan tarixinin müxtəlif istiqamətlərinə, o cümlədən Göyçə mahalının tarixinə və bu ərazidəki toponimlərə aid tədqiqatları əks etdirən yazıların və publisistik məqalələrin müəllifidir. Bir çox şeirləri aşıqlar, o cümlədən Cənubi Azərbaycandakı aşıqlar və müğənnilər tərəfindən ifa olunub və dinləyici rəğbəti qazanıb. Türkdilli xalqların ədəbiyyatından (xakas, buryat, tıva, altay, uyğur, qaraqalpaq, kumık, kabardin-balkar, qaraçay, başqırd, çuvaş ədəbiyyatından)şeirləri və Tıva yazıçısı Zoya Donqakın "Şamanın ruhu" povestini dilimizə tərcümə etmişdir və bu sahədə işlərini davam etdirir. Bir çox kitabların redaktorudur: İntiqam Şahbazoğlunun "Göyçədən gələn səs", Ələkbər Həsənlinin "Haqq nur salsa ürəyinə", İbrahim Məmmədoğlunun "Ağlı-qaralı dünya" kitablarının redaktorudur.
Kitabları