Vaqif Museyib oğlu Salmanov (24 dekabr 1939, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Vaqif Salmanov | |
---|---|
Vaqif Museyib oğlu Salmanov | |
Doğum tarixi | (85 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Museyib |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsi |
Vaqif Museyib oğlu 1939-cu ilin dekabr ayının 24-də Bakı şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nu) fizika fakültəsini tamamlayıb. Təhsilini Sankt-Peterburq (Leninqrad) Fiziki-Texniki Institutunun aspiranturasında davam etdirib. Fizikanın yarımkeçiricilər sahəsində namizədlik işi yazıb. Elmi rəhbəri görkəmli sovet fiziki, yarımkeçirici lazerin yaradıcılarından biri, A. I. Ioffenin tələbəsi Solomon Meeroviz Rıvkin olub.
60–70-ci illər lazer fizikasının yüksək sürətlə inkişafı dövrü idi. Elmin bu sahəsi gənc alimin diqqətini cəlb etdi və onun elmi taleyini müəyyənləşməsində mühümi rol oynadı. FTI direktoru V. R. Konstantinovun təqdimatı əsasında о, fəal şəkildə lazer şüalarının bərk cisimlərlə qarşılıq təsiri ilə məşğul olub. V. Salmanov əsasən lazer texnikası və kosmik uzuş aparatları sahəsində mühümi elmi və praktiki əHəmiyyət kəsb edən şəffaf dielektriklərin və yarımkeçiricilərin optik dağılması mexanizmi və məkan-zaman ginetikasının xarekterinin sistemli öyrənilməsinə böyük töfHələr verib. Alimin elmi fəaliyyətinin növbəti mərHələsi yarımkeçiricilərdə qeyri-xətti optik qeyri-taraz proseslərin tədqiqatını əhatə edir. Onun apardığı tədqiqatların praktikaya tətbiqi nəticəsində yarımkeçirici lazerlər tez fəaliyyət göstərən detektorlar, optik modulyatorlar və digər optoelektron ciHazlar yaradılıb.
V. Salmanov sonrakı illərdə qazandığı böyük elmi naillətlər sıx əməkdaşlıq etdiyi alimlərdən Nobel mükafatı laureatı C. I. Alferov, akademiklər A. R. Reqel, N. B. Abdullayev, V. M. Şeynkman, İ. D. Yaroşetski, D. Vişakas, S. I. Radautsan tərəfindən yüksək qiymətləndirib. V. Salmanov bir monoqrafiyanın, respublikamızda, eləcə də Rusiya, Amerika, İngiltərə, Almaniya, Hollandiya, Zexoslovakiya, Hindistanda zıxan beynəlxalq curnallarda zap olunmuş 150 elmi məqalənin müəllifidir.
Görkəmli alim hazırda elmi maraq dairəsini genişləndirərək lazer spektoskopiyasının bir sıra vacib istiqamətləri üzrə məhsuldar şəkildə işləməkdə davam edir. V. Salmanov 1969-cu ildə namizədlik, 1979-cu ildə isə doktorluq disertasiyası müdafiə edib. 1967-ci ildən bəri zalışdığı Bakı Dövlət Universitetində 1983-cü ildən fizika kafedrasının professorudur. Alim bütün fəaliyyəti dövründə elmi kadrların Hazırlanması istiqamətində də zalışıb. О, bu gün də tələbələrlə və magistrantlarla məşğul olur. V. Salmanovun müasir fizikada öz yerini qazanmış müHazirələri və yeni tədris metodları Həmişə böyük maraq oyadıb. Onun rəhbərliyi ilə 30-a yaxın aspirant və magistrant dissertasiya işi müdafiə ediblər. Onların arasında Misir, Əlcəzair, Iran, Vyetnam kimi xarici ölkələrin də vətəndaşları olub.
V. Salmanovun xaricdəki pedoqoji fəaliyyəti ayrıca qeyd edilməlidir. 1982–1986-cı illərdə о, Kiyev Dövlət Universitetində və Monpelye Universitetində (Fransa) dil üzrə Hazırlıq kezdikdən sonra Əlcəzair Demokratik Respublikasında Sidibel Abbes Universitetinin fizika kafedrasına rəhbərlik edib. Eyni vaxtda alim bu şəhəridə sovet missiyasının rəhbəri kimi zalışıb. Alim 1992–1998-ci illərdə Təbriz Universitetində fizika üzrə elmi məsləhətzi vəzifəsində zalışıb. Hazırda Təbriz Universitetində professor V. Salmanovun lazer spektrokоpiyası sahəsi ilə bağlı yaratdığı elmi məktəb fəaliyyət göstərir.