. Love.az

Varaz Trdat - Wikipedia - Love.az

Ana Səhifə - Varaz Trdat
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.

Varaz Trdat (bilinmir, Uti – 709) — Qafqaz Albaniyasının hökmdarı. Cavanşirin ölümündən sonra taxta çıxmışdı. Varaz Perozun oğlu idi. 681-ci ildə taxta keçmişdi. Həmin il xəzərlər Cavanşirin ölümünün qisasını almaq üçün Qəbələni yağmaladılar. Çar tezliklə Katolikos I Yelizar vasitəsilə onlarla sülh bağladı. Onun hakimiyyətinin ilk dövründə Bizans təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib 5 il Konstantinopolda yaşamışdı. 699-cu ildə Albaniyaya qayıdan çar ərəblərin vassalı olandan sonra imperator II Yustinian tərəfindən övladları həbs olunmuşdu və ancaq onun ölümündən sonra qayıda bilmişdilər.[1] Yerinə oğlu II Vardan keçdi. Ölüm tarixi məlum deyil.

I Varaz Tridat
Qafqaz Albaniyasının XII çarı
681 – 705
ƏvvəlkiCavanşir
SonrakıII Vardan
Girdiman knyazlığının XII knyazı
ƏvvəlkiCavanşir
SonrakıII Vardan
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri
  • Uti
Vəfat tarixi 699
Atası Varaz Peroz
Anası ?
Həyat yoldaşı Sparama
Uşaqları Qaqik
Vardan
Ailəsi Mehranilər
Dini Xristianlıq

Ailəsi

redaktə

Varaz Trdat xalkedonçu Sparama ilə evlənmişdi. Övladları:

  1. Qaqik - 694-711-ci illər arası Bizans sarayında girov idi.
  2. Vardan - 694-711-ci illər arası Bizans sarayında girov idi.

İstinadlar

redaktə
  1. ↑ Musa Kalankatlı - Alban tarixi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Varaz_Trdat&oldid=7309340"
LOVE.AZ