Variety — "Penske Media Corporation" şirkətinə məxsus ABŞ əyləncə sənayesinin jurnallarından biri. Teatr və vodevil mövzularında məlumat verən həftəlik qəzet olaraq 1905-ci ildə Nyu-Yorkda Sim Silverman tərəfindən təsis edilmişdir. Kino sənayesinin əhəmiyyətinin artması ilə kinematoqrafiya sahəsini əhatə etmək məqsədilə 1933-cü ildə Los-Ancelesdə "Daily Variety" adlı gündəlik buraxılış işıq üzü görmüşdür. 1998-ci ildə Daily Variety Gotham adlı jurnalın Nyu-Yorkda çap edilməsinə başlanmışdır. Hər üç jurnalın çapı bu gün də davam etdirilir. Nəşrin rəqəmsal platforması əyləncə aləmindən xəbərləri, tənqidi yazıları, kinoteatrların gəlir göstəricilərini oxuculara təqdim edir. Bundan əlavə saytda film yaradıcı heyətinin məlumat bazası, istehsal qrafikləri, kinematoqrafiya təqvimi kimi zəngin resurslar cəmləşmişdir.
Variety | |
---|---|
![]() | |
Təsis tarixi | 16 dekabr 1905[1][2][…] |
Ölkə | |
Qərargah | |
Dil | ingilis dili[3][1][…] |
ISSN | 0042-2738 |
OCLC nömrəsi | 1768958 |
variety.com | |
![]() |
Jurnal Reed Elsevierin bir bölməsi olan Reed Business Information şirkətinə məxsusdur. Bu şirkət üç jurnalın və vebsaytın sahibidir.
Əvvəllər Paramount Pictures və The New York Times jurnallarında fəaliyyət göstərmiş olan Piter Bart iyirmi il ərzində jurnalın baş redaktoru vəzifəsində işləmişdir. 2009-cu ilin aprel ayında isə Bartın "vitse-prezident və baş redaktor" vəzifəsinə gətirildiyi elan edilmişdir. Jurnalın hal-hazırkı redaktoru Timoti M. Qreydir.[4][5]
Vikilüğətdə Appendix:Words from Variety mövzusuna dair məlumatlar var. |
Jurnal haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |