Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Vasif Hacağa oğlu Babayev (16 sentyabr 1940[1], Bakı) — görkəmli televiziya və kino rejissoru, Azərbaycan SSR xalq artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü (2005). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü.
Vasif Babayev | |
---|---|
Vasif Hacağa oğlu Babayev | |
![]() | |
Doğum tarixi | (84 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rejissor |
Mükafatları |
![]() ![]() |
1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olmuşdu.
1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilmişdi.
1994–1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru.
1996–1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru.
2001–2007-ci illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti.
Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlamışdır.
Vasif Babayev 1969–1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub.
Vasif Babayev jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq: "Mikayıl Müşfiq", "Abbaz Mirzə Şərifzadə", "Ülvi Rəcəb", "Ruhulla Axundov", "Hüseyn Rəhmanov", "Salman Mümtaz" kimi "siyasi məhbuslar"ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlamışdı.
"Sahil bağı", "Odlar torpağı", "Qızıl güllər diyarı", "Sovet Azərbaycanı", "Azərbaycan artistlərinin konserti", "Yaddaşdan xatirələr (Sovet ölkəsinin uşaqları)", "Sovet Azərbaycanı", "Azərbaycan təranələri", "Ənənələrə sadiq", "Bakı-Tümen", "Onuncu beşillik, birinci il", "Onuncu beşillik, ikinci il", "Sovet Azərbaycanı", "Onuncu beşillik, üçüncü il", "Şəki", "Azərbaycan geniş addımlayır", "Onuncu beşillik, dördüncü il", "Xuraman", "Sovet Azərbaycanı, yeni nailiyyətlərə", "Meksika görüşləri", "Onuncu beşillik, beşinci il", "Onbirinci beşillik, birinci il", "Partiyanın canlı sözü", "Sovet Azərbaycanı, yeni uğurlara", "Onbirinci beşillik, ikinci il", "L. İ. Brejnev Bakıda", "Qızıl yamaclar", "Yaxşı yol, Azərbaycan", "Onbirinci beşillik, üçüncü il", "İçərişəhərin əbədi nağılı", "Onbirinci beşillik, dördüncü il", "Həqiqətin anı", "Sovet Azərbaycanı, zaman və insanlar", "Nəbi Xəzri", "Sovet Azərbaycanı, Respublika haqqında monoloqlar", "Xahiş edirəm, hazırlıq haqqında məlumat verin", "Xuraman on il keçmiş", "Quşlar üçün tələ",. "Seçim", "Birlikdə", "Ot kökü üstə bitər"
1970–1982-ci illərdə V. Babayev Azərbaycanın Lideri Heydər Əliyevin iştirakı ilə keçirilən, demək olar, bütün vacib dövlət və hökumət tədbirlərinin, televiziya verilişlərinin, translyasiyalarının və canlı yayımlanan proqramlarının aparıcı rejissoru olub.
1972–1987-ci illərdə V. Babayev R. Həsənoğlu ilə birlikdə iki ildən bir SSRI Mərkəzi televiziyasından İNTERVİDENİYE sistemi ilə Avropaya yayımlanan iki saatlıq Azərbaycan haqqında proqramlarının müəllifi və rejissoru olub. həmin proqramlarda Azərbaycan xalqının Lideri Heydər Əliyev iştirak edib.
1966-cı ildə V. Babayev Leninqrad Televiziyası nəznində Ali Televiziya rejissoru kurslarını bitirib.
1967–1986-cı n illərdə Vasif bababyev – Bolqaristan, Yuqoslaviyə, Avstriyə, Macarstan, Yunanstan, İran, Türkiyə, Malta, İspaniya Fransa, İtaliyə kimi xarici ölkələrdə çəkilişlər apararaq verilişlər və kinofilmlər yaradıb.
1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.
1973-cü ildən Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvüdür.
1977-ci ildə Azərbaycan "Əməkdar artisti".
1981-ci ildə "SSRİ Televiziya və Radio əlaçısı".
1989-cu V. Babayev Azərbaycanın "Xalq artisti" fəxri adına Respublikamızda layiq görülmüş ilk televiziya rejissorudur.
1995-ci ildə "MİR" Dövlətlərarası teleradio şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyərkən, nümayəndəlik beynəlxalq "Humay" mükafatmı almışdır.
1999-cu ildə "Akademik Yusif Məmmədəliyev" medalı ilə təltif edilib.
2000-ci ildən Peşəkar Azərbaycan kinerejissorları gildiyasının üzvüdür.