. Love.az

Vasif Rzayev - Wikipedia - Love.az

Ana Səhifə - Vasif Rzayev

Vasif Rüstəm oğlu Rzayev (15 mart 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir.

Vasif Rzayev
Ümumi məlumatlar
Tam adı Vasif Rüstəm oğlu Rzayev
Doğum tarixi 15 mart 1993 (32 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 177
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Lokomotiv-Biləcəri
Karyerası
Klub karyerası[* 1]
2011—2012 Azərbaycan Bakı 0 (0)
2012—2013 Azərbaycan Turan Tovuz 4 (0)
2013—h.h Azərbaycan Lokomotiv-Biləcəri ? (0)
Milli yığma[* 2]
2009 Azərbaycan Azərbaycan U-17 1 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Çempionat
    • 1.2 Kubok
  • 2 Milli karyerası
    • 2.1 U-17
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Tarixçə

Klub karyerası

redaktə

Vasif öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Bakı klubunda start vermişdir. 2012-2013 qış transfer pəncərəsi zamanı Turan Tovuz klubuna transfer olmuşdur. O, bir mövsüm bu klubda çıxış etmişdir.[1] 2013-cü ildən Vasif Bakının Lokomotiv-Biləcəri klubunda çıxış edir. Klubda №20 forması ilə çıxış edən Vasif həm də klubun kapitanıdır.[2][3]

Çempionat

redaktə

Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:

№ Mövsüm Klub Liqa Oyun Qol
1 2011 / 2012 «Bakı» Premyer Liqa 0 0[4]
2 2012 / 2013 «Turan» Premyer Liqa 4 0
3 2013 / 2014 «Lokomotiv-Biləcəri» Birinci Divizion ? 0

Kubok

redaktə

Mövsümlər üzrə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir:

№ Mövsüm Klub Oyun Ehtiyatda Qol
1 2012 / 2013 «Lokomotiv-Biləcəri» 1 0 0
2 2013 / 2014 «Lokomotiv-Biləcəri» 1 0 0

Milli karyerası

redaktə

U-17

redaktə

2009-cu il sentyabr-oktyabr ayında İtaliyanın Verona şəhərində keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.[5]

İstinadlar

redaktə
  1. ↑ Klublarımızın ən yeni transferləri Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine (az.)
  2. ↑ İmişlidə 4 "qırmızı", 4 oyunda 16 qol Arxivləşdirilib 2014-05-02 at the Wayback Machine (az.)
  3. ↑ 27-ci tur / 2014-04-26 Arxivləşdirilib 2014-05-20 at the Wayback Machine (az.)
  4. ↑ Kim oynadı, kim vurdu – 2011/12 Arxivləşdirilib 2013-10-17 at the Wayback Machine (az.)
  5. ↑ "U-17 отправилась на сборы в Италию". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.

Xarici keçidlər

redaktə
  • Профиль игрока на сайте ПФЛ - Профессиональной Футбольной Лиги Азербайджана (az.)

Tarixçə

redaktə
  • Профиль игрока на soccerway.com (ing.)
  • Профиль игрока на transfermarkt.co.uk (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasif_Rzayev&oldid=8001261"
LOVE.AZ