. Love.az

Vasili Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Vasili Eliyev

Vasili Əhməd oğlu Əliyev (15 yanvar 1959, Qubadlı – 20 oktyabr 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Vasili Əliyev
Vasili Əhməd oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1959
Doğum yeri Qubadlı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 oktyabr 1992 (33 yaşında)
Vəfat yeri Topağac yüksəkliyi
Vəfat səbəbi Şəhidlik
Dəfn yeri Qubadlı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşaqları Elmir Əliyev
Zülfiyyə Əliyeva
Atası Əhməd Əliyev
Anası Vera Qirqoryevna
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Həyatı

redaktə

Vasili Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi.

Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görüldü.

Qubadlının şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları hər gün hörmətlə yad edilir. Onun övladları bir qızı və bir oğlu ataları ilə fəxr edirlər.

Şəxsi həyatı

redaktə

Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

İstinadlar

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 90.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasili_Əliyev&oldid=7903721"
LOVE.AZ