. Love.az

Vasili Ajayev - Wikipedia - Love.az

Ana Səhifə - Vasili Ajayev

Vasili Nikolayeviç Ajayev (rus. Васи́лий Никола́евич Ажа́ев; 30 yanvar (12 fevral) 1915, Moskva quberniyası[d] – 27 aprel 1968[1][2][…], Moskva, RSFSR, SSRİ[1]) — SSRİ yazıçısı. O, "Moskvadan uzaqda" (1948; SSRİ Dövlət mükafatı, 1949) romanında İkinci Dünya müharibəsi illərində tayqada neft kəmərinin çəkilişində iştirak edən müharibə əsirlərinin zəhmətini azad insanların əmək şücaəti kimi təsvir etmişdir. 1930-cu illərin insanlarının, metro inşaatçılarının faciəli taleyindən bəhs edən "Vaqon" romanının (1955–1964, 1988-ci ildə çap olunub) müəllifidir.[3]

Vasili Ajayev
Doğum tarixi 30 yanvar (12 fevral) 1915
Doğum yeri
  • Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 27 aprel 1968(1968-04-27)[1][2][…] (53 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ[1]
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti yazıçı, hekayə yazıçısı[d]
Əsərlərinin dili rus dili
Janr hekayə
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Müfakatlar
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Əlavə ədəbiyyat
  • 5 Xarici keçidlər

Müfakatlar

redaktə
  • I dərəcəli "Stalin" mükafatı (1949) – "Moskvadan uzaqda" romanına görə (1948).
  • "Qırmızı əmək bayrağı" ordeni (1965).

Əsərləri

redaktə
  • "Moskvadan uzaqda", 1948
  • "Sonsuz tarix", 1971
  • "Həyata ön söz", 1972
  • "Vaqon", 1988 ("Dostluq xalqları" jurnalı, 1988, № 6–8)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ажаев Василий Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ Энциклопедический словарь. 2009. Ажаев Василий Николаевич.

Əlavə ədəbiyyat

redaktə
  • Lahusen Thomas. How Life Writes the Book: Real Socialism and Socialist Realism in Stalin’s Russia. Ithaca, New York; London: Cornell University Press, 1997.

Xarici keçidlər

redaktə
  Vikianbarda Vasili Ajayev ilə əlaqəli mediafayllar var.
  • Василий Ажаев в библиотеке Александра Белоусенко
  • Страница памяти на сайте жертв репрессий (материалы из архивно-следственного дела)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasili_Ajayev&oldid=6427049"
LOVE.AZ