. Love.az

Vasili Lanovoy - Wikipedia - Love.az

Ana Səhifə - Vasili Lanovoy

Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva – 28 yanvar 2021[1], Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980).

Vasili Lanovoy
rus. Василий Лановой
Doğum tarixi 16 yanvar 1934(1934-01-16)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat tarixi 28 yanvar 2021(2021-01-28)[1] (87 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Vəfat səbəbi COVID-19
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Həyat yoldaşı
  • İrina Kupçenko (1972–2021)
Təhsili
  • Boris Şukin adına Teatr İnstitutu[d] (–1957),
  • Moskva Dövlət Universiteti (1953–)
Fəaliyyəti aktyor, teatr pedaqoqu[d], memuarçı, ictimai xadim
Fəaliyyət illəri 1954–2021
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Rusiya Federasiyasının Əmək Qəhrəmanı — 2019
3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2008 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni (Rusiya) — 2004 "Aleksandr Nevski" ordeni (Rusiya) — 2013 "Şərəf" ordeni (Rusiya) — 2001 "Xalqlar dostluğu" ordeni — 1994 "Puşkin" medalı (Rusiya) 2-ci dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — 2014 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni (Ukrayna) — 2004 Rusiya Federasiyası Müdafiə Nazirliyinin mədəniyyət və incəsənət sahəsində mükafatı
SSRİ xalq artisti — 1985 RSFSR xalq artisti — 1978 RSFSR əməkdar artisti — 1968 "Lenin" mükafatı — 1980 Qızıl maska (Rusiya) Prize of the Federal Security Service of Russia (Rusiya) The Crystal Turandot — 2016 honorary citizen of Moscow (Rusiya) — 2020 Rusiya Daxili İşlər Nazirliyinin mükafatı
vakhtangov.ru/persones/l…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Vasili Lanovoy 1934-cü il yanvarın 16-da dünyaya göz açıb, uşaqlıq illəri bacıları Valentina və Lyudmila ilə valideynlərinin çalışdığı zavodun yataqxanasında keçib.

Bir dəfə Vasili dostu Volodya ilə gəzməyə gedirlər. Yolda afişada oxuyurlar ki, Pionerlər sarayında Mark Tvenin "Tom Soyer" tamaşası göstərilir. Dostlar tamaşaya baxmağa gedirlər. Görürlər ki, tamaşada oynayanların hamısı onların həmyaşıdlarıdır, qərara gəlirlər ki, onlar da aktyor olsunlar. Teatr rəhbərindən xahiş edirlər ki, onların da adlarını dərnəyə yazsın.

Beləliklə, Vasili sənət aləminə qədəm qoyur. Orta təhsilini başa vurandan sonra B. Şukin adına Teatr Məktəbinə daxil olur. Burada o, gələcək həyat yoldaşı Tatyana Samoylova ilə tanış olur və çox keçmir, onlar ailə qururlar. Məktəbi bitirdikdən sonra isə Y. Vaxtanqov adına Akademik Dövlət Teatrına işə qəbul olunur. Bu teatrda 70-dən çox tamaşada oynayır. Ancaq sənətdən fərqli olaraq ailə həyatı uğurlu olmur, övladları olmadığından 4 il yaşadıqdan sonra, 1958-ci ildə Tatyana Samoylova ilə ayrılır.

Vasili Lanovoy kinoya hələ tələbə ikən, 1954-cü ildə "Kamal attestatı" filminin qəhrəmanı Valentin Listovskin rolunu canlandırmaqla qədəm qoyub. Onun zahiri yaraşığı, istedadı rejissorların çox xoşuna gəlir. "Polad necə bərkidi"də Pavel Korçagin, "Al yelkənlər"də Artur Qrey, "Həmkarlar"da Aleksey Maksimov, "Hərb və sülh"də Anatol Kuraqin rollarında çəkilir, məşhurlaşır. O, 1967-ci ildə "Anna Karenina" filmində keçmiş həyat yoldaşı Tatyana Samoylova ilə tərəf-müqabil olur. 1973-cü ildə "Baharın on yeddi anı" telefilmində general Volf rolunu canlandırır. Aktyorluqla yanaşı, B. Şukin adına Teatr Məktəbində müəllimlik fəaliyyətinə də başlayır.

Vasili Lanovoy ikinci həyat yoldaşı — A. S. Puşkin adına Dram Teatrının aktrisası və televiziya rejissoru Tamara Zyablova ilə 1961-ci ildə tanış olur. Həmin il Krımda "Al yelkənlər" filminin çəkilişləri gedirdi, Tamara Zyablova da burada sanatoriyaların birində istirahət edirdi. Vasili rejissordan və gəminin kapitanından xahiş edərək al yelkənləri qaldırıb gəmi ilə Tamaranın görüşünə gedir. Onlar ailə həyatı qursalar da, xoşbəxtlikləri uzun sürmür. 1971-ci ildə Tamara maşın qəzasında dünyasını dəyişir.

Bundan sonra aktyor qərara gəlir ki, daha ailə həyatı qurmasın. Lakin bir ildən sonra, 1972-ci ildə o, aktrisa İrina Kupçenko ilə tanış olur və evlənirlər. Onlar artıq 40 ildir ki, bir yerdə yaşayırlar. Bu nikahdan əkiz oğulları dünyaya gəlir. Onlardan birinə A. S. Puşkinin şərəfinə Aleksandr, ikincisinə isə S. Yeseninin şərəfinə Sergey adlarını qoyurlar. Aleksandr jurnalistika fakültəsini, Sergey isə iqtisadiyyat fakültəsini bitirir. Sergey 2013-cü ildə 37 yaşında dünyasını dəyişir.

Filmoqrafiya

redaktə
  1. Zabitlər (film, 1971)
  2. Baharın on yeddi anı (film, 1973)
  3. Unudulmuş qəhrəman (film, 2005)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Актер Василий Лановой скончался на 88-м году жизни (rus.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasili_Lanovoy&oldid=8111366"
LOVE.AZ