. Love.az

Vasili Qorbunov - Wikipedia - Love.az

Ana Səhifə - Vasili Qorbunov

Vasili Qorbunov (rus. Васи́лий Влади́мирович Горбуно́в), həmçinin Purqine təxəllüsü ilə tanınır (13 iyul 1914, Lobaski kəndi, Nijnenovqorod vilayəli — 11 dekabr 1983, Moskva) — Mordoviyadan olan sovret yazıçısı, ədəbiyyatşünas,ədəbi tənqidçi və pedaqoq. Filologiya elmləri doktoru (1970), professor (1982), SSRİ Yazıçılar İttifaqının üzvü (1953).

Vasili Qorbunov
rus. Василий Владимирович Горбунов
Doğum tarixi 31 iyul 1914
Doğum yeri Lobaski, Lyanovski qəzasi,
Nijnenovqorod vilayəli, Rusiya imperiyası
Vəfat tarixi 11 dekabr 1983 (69 yaşında)
Vəfat yeri Moskva, SSRİ SSRİ
Dəfn yeri
  • Saransk
Vətəndaşlığı SSRİ
Elm sahəsi Ədəbiyyatşünas
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
İş yerləri
  • Mordoviya Dövlət Universiteti
Alma-mater Mordoviya Dövlət Universiteti
Təhsili
  • Mordoviya Dövlət Universiteti (–1937)
Tanınır ədəbiyyatşünas, ədəbi tənqidçi, redaktor.

Mündəricat

  • 1 Bioqrafiyası
    • 1.1 İlkin illəri
    • 1.2 Təhsili
    • 1.3 Dramaturgiya
  • 2 Mükafatları
  • 3 Xatirə
  • 4 Ədəbiyyat
  • 5 Mənbə

Bioqrafiyası

redaktə

İlkin illəri

redaktə

Vasili Qorbunov 31 iyul 1914-cu ildə Nijnenovqorod vilayəti, Lobaski kəndində, kəndli ailəsində anadan olmuşdur. Atası Vladimir Yakovleviç Qorbunov kommunist və qırmızıların komandiri olmuşdur. Vətəndaş müharibəsi zamanı həyatını itirmişdir. Böyük qardaşı İvanla birlikdə kənddə ağır fiziki işlərdə işləmişdir. İbtidai məktəbi 1928-ci ildə bitirərək Nijeqorod vilayəti Likoyanovski qəzasında olan kənd gəncləri məktəbinə daxil olur. 1930-cu ildə isə Lukoyanovski Mordva pedtexnikumuna daxil olur. Ancaq bir il sonra texnikumu tərk edərək doğma kəndinə qayıdır. Burada traktorçular kursunda rus dili dərsi deyir.

Təhsili

redaktə

1939-cu ildə Saransk Pedaqoji İnstitutunun Mordoviya ədəbi şöbəsinə qəbul edilir (sonradan — N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti). 1937-ci ildə İnstitutu bitirir. 1937—1938-ci illərdə Saransl Pedoqoji uçilişində dərs deyir. Bir müddət sonra isə represiyaya məruz qalır. 1939-cu ildə isə azad edilir. 1940—1944-cü illərdə İnsar pedoqoji uçilişində dərs deyir. Baş müəllim və direktor vəzifələrində çalışır. Rus və mordoviya dilləri və ədəbiyyatından dərs deyir. Bu sahədə təcrübəli metodistə çevrilir. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü olur. Müharibə illərində dövrü şeirlərini və hekayələrini çap etddirmişdir.

Dramaturgiya

redaktə

Vasili Qorbunov ədəbiyyatda bir sıra dram əsərlərinin müəllifi kimi tanınır. Onun "Eryamon yursto" («Həyat əsasında», 1966), «Kadalisiya» («Boş rəng», 1968), «Valjes kirvays» («Günün başlanğıcı») və bir çox pyesləri vardır.

Mükafatları

redaktə

O, K. D Uşinski medalı, "Xalq Maarifləndirmə Əlaçısı" nişanı, Mordoviya ASSR Ali Sovetinin Rəyasət Heyəti və Rusiya Sovet Federativ Sosialist Respublikası Maarif Nazirliyi fəxri fərmanına layiq görlmüşdür.

Xatirə

redaktə

Vasili Qorbunov 11 dekabr 1983-cü ildə Moskvada vəfat etmişdir. Saransk qəbirstanlığında dəfn edilmişdir. Gorbunovun ölümündən sonra onun iki kitabı nəşr olundu: Mordoviya ədəbiyyatının müasir inkişaf proseslərinin öyrənilməsi haqqında olan «Tanınma» (1984) və İ. M. Yauşevin bioqrafiyası olan «Morısyat od porazo» («Müğənninin gəncliyi», 1988).

Ədəbiyyat

redaktə
  • Просветители и педагоги мордовского края / Сост.: М. Т. Бибин, Е. Г. Осовский. — Саранск: Мордов. кн. изд-во, 1986.

Mənbə

redaktə
  • Alimlər və müəllimlər. Vasili Qorbunov[ölü keçid]
  • Информационный листок «Валдо ойме, чевте седей»: к 100-летию со дня рождения В. В. Горбунова Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine
  • Библиотека мордовской литературы. Горбунов Василий Владимирович Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasili_Qorbunov&oldid=7787975"
LOVE.AZ