. Love.az

Vaxtanq Kikabidze - Wikipedia - Love.az

Ana Səhifə - Vaxtanq Kikabidze

Vaxtanq Kikabidze (19 iyul 1938, Tbilisi – 15 yanvar 2023[1][2], Tbilisi) — Sovet və gürcü müğənnisi, bəstəkarı, kino aktyoru, kinorejissoru, ssenaristi, siyasətçisi; Gürcüstan SSR xalq artisti (1980), Ukraynanın əməkdar artisti (2013), SSRİ Dövlət mükafatı laureatı (1978). Gürcüstan parlamentinin VII çağırış deputatı (2020-2023).

Vaxtanq Kikabidze
gürc. ვახტანგ კონსტანტინეს ძე კიკაბიძე
Doğum adı ვახტანგ კიკაბიძე
Doğum tarixi 19 iyul 1938(1938-07-19)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 15 yanvar 2023(2023-01-15)[1][2] (84 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Vəfat səbəbi beyin şişi
Milliyyəti gürcü
Uşağı 2
Fəaliyyəti komediyaçı, müğənni, kinorejissor, ssenarist, kino aktyoru, aktyor, siyasətçi
Fəaliyyət illəri 1966–2023
Təhsili
  • Tbilisi Dövlət Universiteti (1955–1957)
Mükafatları SSRİ Dövlət mükafatı
"Dostluq" ordeni (Rusiya)
IMDb ID0452795
İmzanın şəkli
buba.diaspora.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Azərbaycan qastrolları
  • 3 Filmoqrafiya
  • 4 Ailəsi
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

O, 2023-cü il yanvarın 15-də Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib. 17 yanvar tarixində vida və vətəndaş anım mərasimi keçiriləcək. O, Tbilisidəki Mtatsminda Panteon qəbiristanlığında dəfn olunacaq.

Azərbaycan qastrolları

redaktə

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.[3]

Filmoqrafiya

redaktə
  1. Qəm yemə! (1969)
  2. Mimino (film, 1977)

Ailəsi

redaktə

Aktrisa Liana Qudadzenin əmioğlusudur.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Умер Вахтанг Кикабидзе (rus.). // Газета.Ru 2023.
  2. ↑ 1 2 Скончался Вахтанг Кикабидзе (rus.). // Известия 2023.
  3. ↑ APA TV. "Vaxtanq Kikabidze Qəbələdə konsert verib" (az.). Youtube.com. 10.01.2018. İstifadə tarixi: 2018-01-10.

Xarici keçidlər

redaktə
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vaxtanq_Kikabidze&oldid=7315868"
LOVE.AZ