. Love.az

Vera Lantratova - Wikipedia - Love.az

Ana Səhifə - Vera Lantratova

Vera Lantratova (rus. Ве́ра Лантра́това; doğ. 11 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ — 20 aprel 2021) — keçmiş sovet voleybolçusu, SSRİ yığmasının və Neftçi klubunun oyunçusu. Olimpiya, dünya və Avropa çempionu. SSRİ əməkdar idman ustası (1991).

Vera Lantratova
Şəxsi məlumatlar
Doğum tarixi 11 may 1947
Doğum yeri Bakı Azərbaycan SSR[1]
Vəfat tarixi 20 aprel 2021 (74 yaşında) (73 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ →
Rusiya Rusiya
Voleybolçu məlumatları
Boyu 1.74 sm[1]
Çəkisi 72 kq[1]
Zərbəsi ??? sm
Bloku ??? sm
Mövqeyi Hücumçu[2]
Klub karyerası
????–???? Azərbaycan Neftçi
Milli komanda karyerası
1967–1970[2] SSRİ SSRİ

Həyatı

redaktə

Klub səviyəsində yalnız Bakının "Neftçi" komandasında çıxış edib.[3] Bu komandanın heyətində SSRİ çempionatının ikiqat bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR milli komandasının heyətində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasının gümüş mükafatçısı olub.[3]

1966-cı ildə gənc komandalar arasında Avropa çempionu olub.[3] 1967-1970-ci illərdə SSRİ yığmasında çıxış edib.[3] Yığmanın heyətində Olimpiya (1968), dünya (1970) və Avropa (1967) çempionu olub.[3]

Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) məzunudur (1971).[3]

İdmançı karyerasını bitirdikdən sonra Bakı Ali Partiya Məktəbində (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) kafedra müdiri işləyib. Sonralar Leninqrada köçüb və orada orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Vera Lantratova". Sports-reference.com. 2020-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-23.
  2. ↑ 1 2 "ЛАНТРАТОВА ВЕРА СТЕПАНОВНА (СССР)". Sportbiography.ru.[ölü keçid]
  3. ↑ 1 2 3 4 5 6 7 "ЛАНТРАТОВА (ГАНЖЕНКО) Вера Степановна". İnfosport.ru.
  Voleybolçu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vera_Lantratova&oldid=7569490"
LOVE.AZ