Parisdə yerləşən "Gensler" bürosundan olan memarlar qrupu Paris Notr-Dam kilsəsini (şəkildə) ziyarət edə bilməyən möminlər və turistlər üçün müvəqqəti kilsə tikməyi təklif edib.
İran məhkəməsi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirən İran Prezidenti Həsən Ruhaninin iqtisadi məsələlər üzrə eks-müşaviri, Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfini edam cəzasına məhkum edib.
Braziliyanın Altamira bələdiyyəsindəki həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus ölüb.