Las-Veqasda musiqi festivalı zamanı yaxınlıqdakı Mandalay Bay hotelinin 32-ci mərtəbəsindən Stiven Peddok adlı şəxs festivala toplaşan insanlara atəş açıb. Hadisə nəticəsində, hadisəni törədən şəxs də daxil olmaqla 59 nəfər insan həlak olub, 489 nəfər insan isə yaralanmışdır. Ölən və yaralananların sayının artacağı ehtimal olunur.
"Playboy" jurnalının təsisçisi Hyu Hefner (şəkildə) 91 yaşında vəfat edib.
15 sentyabrAzərbaycandaBilik Günü kimi qeyd edilir. Bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1.445.049 şagird gedəcək. Yeni tədris ilində 164.945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq.