. Love.az

Vikipediya Ana Sehife Xeberler 34 Hefte 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Ana Sehife Xeberler 34 Hefte 2023
  • Vaqner qrupunun rəhbəri Yevgeni Priqojini və digər qrup mənsublarını Moskvadan Sankt-Peterburq şəhərinə aparan təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər (7 sərnişin, 3 ekipaj) həlak olub.
  • Hindistanın Çandrayan-3 Ay missiyasının Vikram modulu Ay səthinə uğurlu eniş edib. Bu barədə eniş əməliyyatını canlı yayımlayan Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
  • Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo (şəkildə) vəfat edib. Məlumata görə, pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.
  • İranda casusluqda ittiham edilərək həbs edilən Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.
  • Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının vilayət hərbi komissarlıqlarının bütün rəislərinin işdən azad olunmasını nəzərdə tutan qərarını təsdiqləyib.
  • 28 yaşlı qrossmeyster Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya kubokunun 1/4 finalında qrosmeyster Vidit Santoşa qalib gələrək yarımfinala adlayıb.
  • Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb. Onlardan beşi uşaqdır.
Son ölümlər: Şəhriyar Rəhimov, Yevgeni Priqojin, Toto Kutunyo, İta Ever, Vera Vasilyeva, Zeynəddin Hacıyev, Erkin Koray, Feyzulla Quliyev
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Ana_səhifə:Xəbərlər/34._Həftə_2023&oldid=7192089"
LOVE.AZ