. Love.az

Vikipediya Bilirsinizmi 11 Hefte 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 11 Hefte 2024

Vikipediya məqalələrindən

  • Yunanıstanın Kefaliniya adasında yerləşən Droqarati mağarası (şəkildə) xüsusi akustikasına görə bəzən konsertlər üçün istifadə olunur.
  • Yaponiyanın Fukuşima şəhərində yerləşən Senqanmori dağı piramida formasında olduğu üçün yadplanetlilər tərəfindən tikilmiş antik piramida olduğu və dağın altında yadplanetlilərin bazası yerləşdiyi iddia olunur.
  • 1993-cü ilin iyulunda Azərbaycan Milli İncəsənət Muzeyində baş vermiş oğurluq hadisəsi nəticəsində Albrext Dürerin "Qadın hamamı" əsəri daxil olmaqla 304 əşya oğurlanmışdır.
  • 1863–1864-cü illərdə yaradılmış Bakı Erməni Xeyriyyə Cəmiyyəti Qafqazda ilk xeyriyyə təşkilatı olmaqla yanaşı, 1870-ci ildə Bakıdakı ilk kitabxana və nəşriyyat evinin əsasını qoymuşdur.
  • Yaponiyanın Kioto prefekturasının Yavata şəhərində yerləşən Hiko məbədi aviasiya qəzası qurbanlarına həsr olunmuşdur və "Yaponiya aviasiyasının atası" hesab olunan Çuhaçi Ninomiya tərəfindən 1915-ci ildə yaradılmışdır.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/11._Həftə_2024&oldid=7515862"
LOVE.AZ