. Love.az

Vikipediya Bilirsinizmi 15 Hefte 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 15 Hefte 2023

Vikipediya məqalələrindən

Arximed
Arximed
  • Qədim Yunanıstanda vətəndaşların kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması Ostrakizm adlanırdı.
  • Daniel Defonun məşhur Robinzon Kruzo əsərini şotland dənizçi Aleksandr Selkirkin başına gəlmiş hadisəni eşitdikdən sonra yazmışdır. Selkirik 1704-cü ildən etibarən tək Robinzon Kruzo adasında 4 il 4 ay yaşamışdır.
  • Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı Arximed Roma əsgərləri ilə aralarında düşən mübahisədən sonra öldürülmüşdür.
  • 1066-cı ildə baş vermiş Qranada qətliamı nəticəsindən 4 mindən çox yəhudi öldürülmüşdür. Hadisələr kral sarayında vəzir kimi çalışan Yozef ibn Nagrelanın öldürülməsindən sonra başlamışdır.
  • 1318–1765-ci illər aralığında mövcud olmuş Naxçıvan arxiyepiskopluğunun Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşmişdir. 26 rahibin fəaliyyət göstərdiyi arxiyepiskopluğ özündə 360 katolik ailəsini birləşdirirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/15._Həftə_2023&oldid=6974698"
LOVE.AZ