. Love.az

Vikipediya Bilirsinizmi 39 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 39 Hefte 2015

Vikipediya məqalələrindən

  • Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən Urud abidələr kompleksi Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksdir.
  • Afrikanın ən məşhur memarlıq abidələrindən biri olan Cənnə Böyük məscidi (şəkildə) qədim şəhər Cənnə ilə yanaşı 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.
  • Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
  • Latın ədəbiyyatının məşhur şairi Horatiusun Odessa əsərindəki bir şeirdə işlədilən Karpe diem ifadəsi “anı yaşa” mənasına gəlir.
  • Şouşenkdən qaçış filmi Stiven Kinqin Rita Heyvort və Şouşenkdən qaçış romanının motivləri əsasında çəkilmişdir.
  • Asteroid qurşağında yerləşən 274301 Vikipediya asteroidi 2008-ci ilin avqustunda Ukraynada yerləşən Andruşevka rəsədxanası tərəfindən kəşf edilmişdir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/39._Həftə_2015&oldid=3373173"
LOVE.AZ