. Love.az

Vikipediya Bilirsinizmi 47 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 47 Hefte 2016

Vikipediya məqalələrindən

Merlion heykəli
Merlion heykəli
  • Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
  • Norveçli səyyah Qunnar Qarfors 198 ölkəni ziyarət etmişdir.
  • Zənzibar adası vaxtı ilə dünyanın yarısını ədviyyatla təmin edirdi.
  • 1965-ci ilin "Kainat gözəli" Apasra Hongsakula hazırda 69 yaşı olmasına baxmayaraq, hələ də gənc görünüşü ilə görənləri heyrətləndirir.
  • Sinqapurun simvolu hesab edilən Merlion (şəkildə) xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.
  • Edo dövründə ukiyo-e rəssamı Katsuşika Hokusay tərəfindən çəkilmiş "Kanaqavada böyük dalğa" qravürü Yaponiya incəsənətinin ən tanınmış əsəri hesab olunur.
  • Vaşinqton ştatının bayrağı (şəkildə) üzərində ABŞ prezidenti Corc Vaşinqtonun şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.
  • Abşeron yarımadasından şərqdə yerləşən Qu adası Azərbaycan ərazisindəki iki hərfli tək toponimdir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/47._Həftə_2016&oldid=3726827"
LOVE.AZ