. Love.az

Vikipediya Bilirsinizmi 52 Hefte 2022 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 52 Hefte 2022

Vikipediya məqalələrindən

İntibah (Faberje yumurtalarından biri)
İntibah (Faberje yumurtalarından biri)
  • Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində inşa edilmiş Mostar körpüsü Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır.
  • Monqolustanda təşkil edilən ənənəvi Naadam festivalı yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır.
  • Şimal Torpağında Komsomolets adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arktiçeski burnu yerləşir.
  • "Bruneyin yaşıl cavahiri" ləqəbi ilə tanınan Ulu Temburonq Milli Parkı bu ölkədə yaradılmış ilk milli parkdır.
  • Rusiya Elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyi olan Kunstkamerada Şimali Amerika qitəsində yaşamış yerli xalqların — eskimoslar, aleutlar və hinduların ənənəvi mədəniyyətlərini əks etdirən zəngin kolleksiya saxlanılır.
  • Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün Faberje yumurtası (şəkildə) adlı silsilə zərgərlik məmulatları hazırlanıb.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/52._Həftə_2022&oldid=6814913"
LOVE.AZ