![]() Həmçinin, I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəsd nəticəsində qətlə yetirilmişdi. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oralara yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. |