. Love.az

Vikipediya Heftenin Secilmis Meqalesi Dekabr 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Meqalesi Dekabr 2023

Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 17 may 2025, Şənbə (İlin 20. həftəsi); bu an saat 00:18 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

49. Həftə
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi.

Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.

XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


50. Həftə
Nəsrlə yazılmış Milad nəğməsi — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir.

Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır.

(Nəsrlə yazılmış Milad nəğməsi...)

Arxiv – Digər seçilmiş məqalələr...

Milad
bax – müzakirə et – redaktə et – tarixçə


51. Həftə
Milad — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.

Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin bəzi Şərq kilsələri Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə "İsanın həqiqət günəşi olması" haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...

Milad
bax – müzakirə et – redaktə et – tarixçə


52. Həftə
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən sporadik və adətən lokal xarakter daşıyan təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı.

Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir. Desinin dövründə xristianların təqibi xüsusilə genişmiqyaslı olmuşdur. İmperator I Valerianın (253–260) dövründəki təqib onun İran–Roma müharibələri zamanı baş tutan Edessa döyüşündə Sasani imperiyasının şahənşahı I Şapur (240–270) tərəfindən əsir götürülməsi ilə sona çatmışdır. Onun xələfi Qallien (253–268) təqiblərə müvəqqəti olaraq son qoymuşdur.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/dekabr_2023&oldid=6999595"
LOVE.AZ