![]() 26 may 1994-cü ildə ANS ÇM radiostansiyasının fəaliyyətə başlaması ilə Azərbaycan ərazisində ilk Azərbaycandilli özəl radio yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır. |