. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Aprel 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Aprel 2025

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:49 (UTC)
(yenilə)
Keşi təmizlə

14. Həftə
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı — UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı.

1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı.

(Davamı...)

bax – müzakirə et – redaktə et – tarixçə

15. Həftə

16. Həftə
Alabama qraflıqlarının siyahısı — ABŞ-ın Alabama ştatının 67 qraflığı. Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi. Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bugünə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu.

(Davamı...)

bax – müzakirə et – redaktə et – tarixçə

17. Həftə
Eldəniz hökmdarlarının siyahısı — Eldənizlər sülaləsindən olan hökmdarların siyahısı. Qıpçaq əsilli Eldəniz hakimiyyətinin əsası Bərdə və Naxçıvan mərkəz olmaqla 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdur. Həmçinin Şəmsəddin Eldəniz və Məhəmməd Cahan Pəhləvan dövründə Eldənizlər ən qüdrətli dövrünü keçirmişdir. Bu dövrdə öz hakimiyyət sahələrini Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı, Şirvan, Gilan, Mazandaran, Kirman, Fars və Xuzistana doğru genişləndirmişdilər. Eldənizlərin paytaxtı müxtəlif dövrlərdə Bərdə, Naxçıvan, Həmədan və Təbriz şəhərləri olmuşdur.

Qızıl Arslanın ölümündən sonra dağılma dövrünə qədəm qoyan Eldənizlər, Nüsrəddin Əbubəkrin hakimiyyətinin əvvəlindən başlayaraq ara müharibələri və xarici müdaxilələr ilə müşayiət olunan süqut dövrünü 1225-ci ildə son hökmdar Özbəyin ölümü ilə tamamladılar. Müzəffərəddin Özbək dövründən etibarən Eldənizlər təkcə Azərbaycandakı hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər. 1225-ci ildə Cəlaləddin Mənguberdinin yürüşü ilə Azərbaycan da tamamilə Eldənizlərin tabeliyindən çıxdı. Özbəyin ölümündən sonra məmlükləri və nəvəsi II Əbubəkr Eldəniz hakimiyyətini bərpa etməyə cəhd göstərsə də, bu üsyanlar Xarəzmşahlar tərəfindən yatırıldı.

(Davamı...)

bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/aprel_2025&oldid=7752472"
LOVE.AZ