. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Iyun 2021 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Iyun 2021

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:49 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

23. Həftə
Rusiya imperatorlarının siyahısı — titulu 22 oktyabr 1721-ci ildə I Pyotr tərəfindən Senatın xahişi ilə Şimal müharibəsindəki qələbədən sonra qəbul edilmiş 1917-ci il Fevral inqilabına qədər mövcud olmuşdur. Bu siyahıda Rusiya imperator və imperatriçələrinin adları xronoloji ardıcıllıqla verilmişdir.

Siyahıda həmçinin imperatorun adı, atasının adı, portreti, imperatorun dövründə olan dövlət gerbi, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. Siyahıda illər yuli təqvimi ilə verilmişdir.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


24. Həftə
Bobbi Çarltonun milli komandada vurduğu qolların siyahısı — Britaniya imperiyası ordeninə layiq görülmüş Bobbi Çarlton 1958-1970-ci illər aralığında 106 matçda İngiltərə milli futbol komandasının şərəfini qorumuşdur. O, millinin tərkibində 49 dəfə fərqlənməklə, İngiltərə milli futbol komandasının ikinci bombardiri hesab olunur. Üstəlik o, futbol tarixinin ən güclü yarımmüdafiəçilərindən biri hesab olunur ki, nəticədə 1966-cı ildə Qızıl top mükafatına layiq görülmüşdür.

Çarlton İngiltərə millisində debütünü 1958-ci ilin aprel ayında, Şotlandiya milli futbol komandasına qarşı keçirdiyi ilk oyununda qol hesabını açmağı bacardı. O, millidə çıxış etdiyi ilk 13 ay ərzində komandası üçün olduqca məhsuldar futbolçu olmuş və millinin tərkibində ilk het-triki 1959-cu ilin may ayında ABŞ milli futbol komandasına qarşı keçirdiyi matçda reallaşdırdı.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


25. Həftə
ABŞ milli parklarının siyahısı — ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir.

Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə


26. Həftə
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısı — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir. Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi Efiopiya və Mərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, Seneqal və Tanzaniya gəlir.

Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (Lesoto və Cənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuar və Qvineya), Seneqambiya daş çevrələri (Qambiya və Seneqal) və Viktoriya şəlaləsi (Zambiya və Zimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, Kamerun və Konqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina Faso və Niger) isə üç ölkə arasında bölüşdürülür.

(Davamı...)

Arxiv – Digər seçilmiş siyahılar...


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/iyun_2021&oldid=5974114"
LOVE.AZ