. Love.az

Vikipediya Heftenin Secilmis Siyahisi Mart 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Siyahisi Mart 2025

Həftənin seçilmiş siyahısı arxivi

2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 15:53 (UTC)
(yenilə)
Keşi təmizlə

9. Həftə
SSRİ medallarının siyahısı — kommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır. İlk sovet medalı "Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalıdır (1920).

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


10. Həftə
Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı — Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


11. Həftə
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı — Zlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır.

2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Friends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı.

(Davamı…)


bax – müzakirə et – redaktə et – tarixçə


12. Həftə
Müzəffəri hökmdarlarının siyahısı — Müzəffərilər xanədanlığını idarə edən hökmdarların siyahısı. Ərəb əsilli sülalə olan Müzəffərilər XIV əsrdə Ərəb fəthləri dövründə Xorasanda yerləşmişdilər. Sülalənin əsası Qiyasəddin Hacı tərəfindən qoyulmuşdur. Müzəffəri hakimiyyətinin əsası isə 1314-cü ildə Mübarizəddin Məhəmməd tərəfindən qoyulmuşdur.

Mübarizəddin Məhəmməd və Cəlaləddin Şah Şüca dövründə Müzəffərilər ən qüdrətli dövrünü yaşamışdır. Mübarizəddin Məhəmməd dövründə Müzəffərilər Yəzd, Kirman, Şiraz, İsfahan, Luristan və Fars bölgələrini ələ keçirərək Mərkəzi İranda və Əcəm İraqında hakimiyyət qurdular. Həmçinin Mübarizəddin Məhəmməd və Şah Şüca dövründə Azərbaycana yürüşlər təşkil edilsə də, burada ciddi uğur əldə edə bilmədilər və kiçik aralıqlarla hakimiyyətdə oldular.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


13. Həftə
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı — Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir.

Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.

Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_siyahısı/mart_2025&oldid=7752473"
LOVE.AZ