. Love.az

Vikipediya Heftenin Yaxsi Meqalesi 19 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Yaxsi Meqalesi 19 Hefte 2025
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Kərki Sədərək kəndinin 8–10 kilometrliyində, Arpaçayın sahilində, Tejkar dağının ətəyində yerləşir. Kərki Azərbaycanın 4 eksklav ərazisindən biridir, yəni onun Naxçıvan Muxtar Respublikası ilə fiziki əlaqəsi yoxdur və Ermənistan ərazisi ilə tam əhatə olunmuşdur. Kəndin ümumi ərazisi təxminən 960 hektardır və ərazisindən Ermənistanın şimal ilə cənubunu birləşdirən M-2 magistral yolu keçir.

Kərki kəndi tarixi baxımdan qədim irsə malikdir. Kəndin qərbində Tunc dövrünə aid yaşayış məskəni, müdafiə qalası və qədim nekropol yerləşir. Arxeoloji tədqiqatlar zamanı nekropol sahəsində daş qutu şəklində qəbirlər, keramika nümunələri və digər maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Kərki nekropolunda tapılan boyalı qablar Naxçıvan ərazisindəki digər arxeoloji abidələr üçün səciyyəvi xüsusiyyətlər daşıyır. Eyni zamanda, kənd ərazisində Birinci Dünya müharibəsi dövründə həlak olmuş Osmanlı əsgərinin məzarı da mövcuddur.

(Davamı...)

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_yaxşı_məqaləsi/19._Həftə_2025&oldid=8132200"
LOVE.AZ